Gürcüstanda 10 mindən çox azyaşlı və yeniyetmə təhsildən yayınır
Tbilisi, 26 mart, AZƏRTAC
Gürcüstanda azyaşlılar və yeniyetmələr arasında təhsildən yayınma halları artıb. Son məlumatlara görə, ölkədə 6-16 yaşarası 10 min 404 azyaşlı məktəbə getmir və təhsilin idarə edilməsi üzrə məlumat sistemindəki şagirdlər bazasında onlar haqqında heç bir məlumat yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Yekaterine Dqebuadze məlumat verib.
Onun sözlərinə görə, bu çox böyük və narahatlıq doğuran statistikadır.
Y.Dqebuadze bildirib ki, 10 min 404 nəfər azyaşlının çoxu sosial cəhətdən həssas ailələrin uşaqlarıdır. Onların içində əlillər və mühacirlər də var.
Nazirlik bu uşaqların dərsdən yayınmalarının və konstitusiya ilə zəmanət verilən təhsil hüquqlarından istifadə edə bilməmələrinin səbəblərini araşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]