Gürcüstanda 75 nəfər koronavirusun mutasiya etmiş növünə yoluxub
Tbilisi, 27 mart, AZƏRTAC
Gürcüstanda 75 nəfər koronavirusun mutasiya etmiş ştammına yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, faktların 16-sı koronavirusun Britaniya növüdür. Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinməyib.
Qeyd edək ki, indiyədək Gürcüstanda 279 min 936 nəfər COVID-19-a yoluxub. Koronavirusdan sağalanların ümumi sayı isə 271 min 804-ə çatıb.
Son 24 saat ərzində 8 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3746 olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]