Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq
Bakı, 25 may, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 28 May - Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş tədbir keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev də iştirak edəcək.
Milli Məclisin deputatı bu məqsədlə mayın 26-da Gürcüstana səfərə yola düşəcək. O, Azərbaycan səfirliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan Respublikasının keçdiyi tarixi yol barədə danışacaq, müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verəcək.
Rəsmi qəbulda Gürcüstanın yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulub.
Səfər mayın 28-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]