Gürcüstanda bakalavr təhsili 3, magistr təhsili isə 1 il olacaq
Tbilisi, 10 dekabr, AZƏRTAC
Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişiklikləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən universitet sistemində bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub.
Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.
Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə əlaqədardır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar. Lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.
Qeyd edək ki, qanuna dəyişikliklər hökumətin təşəbbüsü əsasında hazırlanıb. Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9-u isə əleyhinə olub.
Məlumat üçün bildiririk ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]