Gürcüstanda daha 193 nəfərdə koronavirus aşkarlanıb
Tbilisi, 21 sentyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı yenidən artıb. Son sutkada ölkədə daha 193 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, son 24 saat ərzində 40 nəfər virusdan sağalaraq evə buraxılıb, 1 nəfər isə pandemiyanın qurbanı olub.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 3 min 695-ə, sağalanların sayı 1 534-ə, bu xəstəlikdən vəfat edənlərin sayı isə 20-yə çatıb.
Hazırda ölkədə 4 min 988 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]