Gürcüstanda enerji şirkətlərinin dövlətə olan bir milyard larilik cərimələri silinəcək
Tbilisi, 10 dekabr, AZƏRTAC
Gürcüstanda bərpaolunan enerji layihələri ilə məşğul olan bütün şirkətlərin dövlətə olan cərimələri silinəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, enerji sektorunun inkişafına mane olan əsas amillərdən biri şirkətlərin cərimə borclarıdır.
“Bu borcların ümumi məbləği təxminən bir milyard lari təşkil edir. Biz enerji sektorunda fəaliyyət göstərən və bərpaolunan enerji layihələrini həyata keçirən şirkətlərə tətbiq olunan cərimə və cəzaların bağışlanması ilə bağlı mühüm qərar qəbul etdik. Dövlət xüsusi ehtiyat hesabına bu cərimələri siləcək ki, şirkətlər fəaliyyətlərini davam etdirə bilsinlər”, - deyə Baş nazir vurğulayıb.
O əlavə edib ki, dövlət tərəfindən cərimələr bağışlandıqdan sonra şirkətlərdən daha məsuliyyətli fəaliyyət tələb olunacaq: “Belə ki, yeni cərimələrə yol verilsə, bunun tam məsuliyyəti şirkətlərin üzərində olacaq. Əgər qaydalar yenidən pozularsa, bu gün bağışlanan cərimələr də bərpa ediləcək”.
Xətayi əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]