Gürcüstanda koronavirusa yoluxanların sayı 4000-ə çata bilər
Tbilisi, 16 aprel, AZƏRTAC
Gürcüstanda mayın 9-dək koronavirusa yoluxanların sayı ən yaxşı halda 2000 nəfərə çata bilər. Ən pis halda isə onların sayı 4000 nəfərdən çox olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze Birinci kanalda (1Tv) çıxışı zamanı söyləyib.
Nazirin sözlərinə görə, bu rəqəmlər hökumətin və əlaqədar qurumların birkomponentli hesablamaları əsasında deyilir. Əgər insanlar bütün qadağalara sərt əməl etməsələr bu rəqəmlər daha böyük olacaq.
“Heç kim bu rəqəmlərin milyonlarla əhalisi olan ölkə üçün az olduğunu düşünməsin. Bu rəqəmlər daha böyük və vəziyyət daha dramatik ola bilər”, - deyə, nazir vurğulayıb.
Nazir deyib ki, Gürcüstanda ümumilikdə 256 infeksionist, 488 reanimatoloq var. Bu isə o deməkdir ki, ölkədə süni nəfəs aparatları ilə 488 reanimatoloq işləyə bilər. Bu gün həkimlərimiz 24 saatlıq növbətçilik əsasında işləyirlər. Onların üzərinə çox böyük məsuliyyət düşür və onlar çox yorulurlar.
Y.Tikaradze əhalini bunları nəzərə almağa və qaydalara riayət etməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]