Gürcüstanda koronavirusla bağlı tətbiq olunan bəzi qadağalar yumşaldılır
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən bəzi qadağalar yumşaldılır. Yeni qaydalara əsasən, pandemiya şəraitində teatr və kinoteatrlarda tamaşaçıların 50 faizinin iştirakına icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Bildirilir ki, teatr və kinoteatrlarda əvvəllər müəyyən edilmiş tamaşaçı sayı limiti 30 faizdən 50 faizədək artırılır.
Dekabrın 1-dən qonşu ölkədə tamaşaçılar teatr və kinoteatrlara COVID-19 pasportu əsasında buraxılacaqlar.
Bundan başqa, Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.
Restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.
Qeyd edək ki, hazırda Gürcüstanda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]