Gürcüstanda neft və neft məhsullarının idxalı 32 faizdən çox azalıb
Tbilisi, 20 iyul, AZƏRTAC
Gürcüstan neft və neft məhsullarının idxalını azaldıb. İlin birinci yarısında Gürcüstan 232 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.
Neft və neft məhsullarının Gürcüstanın ümumi idxalındakı payı isə 6,5 faiz olub.
Bildirilir ki, yanvar-iyun aylarında Gürcüstan, həmçinin 158 milyon dollarlıq təbii qaz idxal edib. Bu da illik müqayisədə 11,7 faiz azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]