Gürcüstanda plastik su butulkalarından istifadə qadağan olunur
Tbilisi, 14 yanvar, AZƏRTAC
Gürcüstan hökumətinin qərarı ilə dövlət satınalma təşkilatlarına plastik stəkanlarla yanaşı, plastik su butulkalarının sifariş verilməsi də qadağan ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləmə qüvvəyə minəcək.
Həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək.
Qadağa müdafiə qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün həyata keçirilən dövlət satınalmalarına şamil olunmayacaq.
Nazirlik bildirir ki, yeni tənzimləmələr ətraf mühitin plastiklə çirklənməsinin qarşısının alınması və təbii ekosistemlərə təzyiqin azaldılması məqsədi daşıyır. Bu çərçivədə nazirliyin təşəbbüsü ilə Gürcüstan hökumətinin müvafiq sərəncam layihəsi hazırlanıb.
Məlumatda həmçinin qeyd olunur ki, yanvarın 1-dən etibarən qida ilə təmas üçün nəzərdə tutulan bəzi plastik məmulatların satışına artıq qadağa qoyulub. Yeni qərar bu tədbirlərin davamı kimi qiymətləndirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]