Gürcüstanda son sutkada koronavirusdan 14 nəfər ölüb
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 13 min 573 nəfər koronavirus testindən keçirilib, 404 nəfərin nəticəsi pozitiv olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 262 min 24 nəfərə çatıb.
Son sutka ərzində 799 nəfər müalicə olunaraq bu virusdan sağalıb. Ümumiyyətlə COVID-19 virusundan müalicə olunanların sayı 253 min 614 nəfərdir.
Daha 14 nəfər pandemiyanın qurbanı olub və virusdan dünyasını dəyişənlərin ümumi sayı 3 min 283-ə çatıb.
Ölkədə gündəlik yoluxma əhalinin 2,95 faizini təşkil edir. Son bir həftə ərzində bu rəqəm 3,64 faiz, son 14 gündə isə 3,87 faiz olub.
Hazırda karantin rejimində 450, stasionar nəzarətdə isə 2230 nəfər saxlanılır. Daha 294 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]