Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyəyə yardım aksiyası keçiriblər
Tbilisi, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Sadaxlı kəndində Türkiyəyə dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları son günlər Türkiyənin müxtəlif bölgələrində davam edən güclü yanğın nəticəsində həlak olanların, xəsarət alanların ailələrinə və Türkiyə dövlətinə dəstəklərini ifadə ediblər.
Çıxış edənlər Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin dostluğundan danışıb, Gürcüstanda yaşayan soydaşlarımızın Türkiyəyə daim dəstək verməyə hazır olduqlarını bildiriblər.
Aksiyadan sonra Türkiyəyə yardım kampaniyasına start verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi