GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILARIN QƏBİRİSTANLIĞINDAN DƏMİR HASARI OĞURLAYANLAR TUTULMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Tetrisxaro rayonundakı Kosalar kənd qəbiristanlığından oğurluq etmək istəyən cinayətkar qrup yaxalanmışdır.
Müqəddəs Qurban bayramı ərəfəsində yaxınlarının xatirəsini yad etmək üçün qəbiristanlığa gələn əhali burada şübhəli şəxslər olduğunu görmüş, növbəti gecə kəndin bir neçə sakini qəbiristanlıqda növbə çəkmişdir. Soyğunçulara qəbiristanlıqdan dəmir hasarları oğurlamağa imkan verilməmişdir. Polis üç nəfər cinayətkarı yaxalamışdır. Onlardan biri azərbaycanlı, ikisi isə gürcüdür.
Faktla bağlı təhqiqat aparılır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]