Gürcüstanın 142-ci patriarxının seçkisi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Tbilisi, 11 may, AZƏRTAC
Bu gün Üçlük Kafedralında (Müqəddəs Toritsa) Gürcüstanın yeni patriarxı seçiləcək. Seçkilərlə əlaqədar yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Artıq Üçlük kafedrala gedən əsas yollar bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Andria Jagmaidze bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, yeni patriarxın seçiləcəyi Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş assambleyasında təxminən 1200 nümayəndə iştirak edəcək.
Qeyd edək ki, İkinci İlyanın 49 illik dövründən sonra mayın 11-də Gürcüstanın patriarxal taxt-tacını yeni bir patriarx tutacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]