Gürcüstanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq ölkəmizdə qalan Gürcüstan vətəndaşlarına müraciət edib
Bakı, 23 iyul, AZƏRTAC
Gürcüstanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq ölkəmizdə qalan Gürcüstan vətəndaşlarına müraciət edib.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Müraciətdə deyilir: “Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yaranıb.
Xüsusilə, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları mövcud qaydalardan yayınaraq, Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub. Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycan Respublikasında qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.
COVID-19 virusuna qarşı mübarizə prosesində Azərbaycan Respublikası və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaları mərhələli şəkildə, yalnız əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.
Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək, mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaları prosesini davam etdirmək üçün onları əvvəlcədən səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]