GÜRCÜSTANIN İLK PREZİDENTİNİN CƏNAZƏSİ VƏTƏNƏ GƏTİRİLƏCƏK
Bununla əlaqədar, Baş nazir Zurab Noğaidelinin rəhbərliyi ilə dövlət komissiyası yaradılmışdır. Komissiya Qamsaxurdianın yenidən dəfninin proseduru, tarixi və yeri ilə bağlı bütün məsələləri həll edəcəkdir.
Xarici işlər naziri Gela Bejuaşvili Z.Qamsaxurdianın ailə üzvlərinin yaxın günlərdə Qroznıya gedəcəklərini və sabiq prezidentin cənazəsinin Gürcüstana gətirilməsi ilə əlaqədar Rusiya ilə danışıqlara başlayacaqlarını bildirmişdir.
Xatırladaq ki, Zviad Qamsaxurdia 1990-cı ilin noyabrında Gürcüstan Ali Sovetinin sədri, 1991-ci ilin mayında isə Prezident seçilmişdir. 1992-ci ilin yanvarında o, tərəfdarlarının və əleyhdarlarının silahlı toqquşmalarından sonra ölkəni tərk etmiş və il yarım Çeçenistanda yaşamışdır. Qamsaxurdia 1993-cü ilin sentyabrında Gürcüstana qayıdaraq, zor gücünə hakimiyyətə gəlməyə çalışmış, lakin məğlubiyyətə uğramışdır. Deyilənlərə görə, həmin ilin dekabrında Qərbi Gürcüstanın kəndlərindən birində özünü öldürmüşdür. O vaxt Çeçenistanda olan arvadının xahişi ilə onun cənazəsi 1994-cü ildə Qroznıda torpağa tapşırılmış, iki ildən sonra isə burada hərbi əməliyyatlarla əlaqədar Çeçenistanda başqa yerə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]