GÜRCÜSTANIN KVEMO KARTLİ–BORÇALI BÖLGƏSİNİN SABİQ QUBERNATORUNUN KOMANDA ÜZVÜ TUTULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları Kvemo Kartli–Borçalı bölgəsinin sabiq qubernatoru Levan Mamaladze komandasının üzvü, 6 il qubernatorun müavini, üç il ərzində Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Qoca Loriyanı tutmuşlar. Kvemo Kartli-Borçalı bölgəsinin prokuroru Qiya Cikiyanın sözlərinə görə, Qoca Loriya xidməti vəzifəsindən sui-istifadə edərək Marneuli rayonundakı Kürdlər kəndinə içməli su kəmərinin çəkilişinə ayrılmış puldan 20 min larini mənimsədiyinə görə müqəssir sayılır.
Dindirmə zamanı Qoca Loriyanın ürəktutması baş vermiş və o, Rustavi şəhər mərkəzi xəstəxanasında yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]