“Hacı Qara” Sumqayıt teatrının səhnəsində VİDEO
Sumqayıt, 18 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri əsasında hazırlanan tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir. Baş rolları teatrın tanınmış aktyorları ifa edib. Tamaşa musiqili satirik-komediya janrındadır. Mahnı və musiqilər tamaşaya xüsusi rəng verir, onu daha da baxımlı edir.