REGİONLAR
Hacıqabulda iki nəfərin ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO
Hacıqabul, 17 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonu ərazisində yük və minik avtomobilləri toqquşub, hadisə nəticəsində iki nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rzayev Rza Firdovsi oğlunun idarə etdiyi 99-TA-753 dövlət nömrə nişanlı KIA markalı minik avtomobili və 99-JB-634 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını (TIR) ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Amir Arif oğlu hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalan meyitlər xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.