HACIQABULDA UŞAQ TİBB MƏRKƏZİ İNŞA EDİLİR
AZƏRTAC xəbər verir ki, Hacıqabulda Səhiyyə Nazirliyinin sifarişi ilə Uşaq Tibb Mərkəzi inşa edilir.
Podratçı 1 nömrəli tikinti-təmir idarəsi az müddətdə 300 min manatlıqdan artıq iş görmüşdür. İlin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan bu səhiyyə müəssisəsində ambulator və stasionar müalicə bölmələri, diaqnostika kabinetləri və laboratoriyalar fəaliyyət göstərəcək, bir sıra uşaq xəstəliklərinin profilaktikası həyata keçiriləcəkdir.
Magistral neft və qaz kəmərlərinin, respublika və beynəlxalq səviyyəli yolların qovşağında yerləşən Hacıqabulda belə tibb ocağının açılması bütövlükdə bölgədə uşaq səhiyyəsinin inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]