HADİSƏ İLƏ BAĞLI TƏHQİQAT APARILIR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Nəsimi rayonunun Moskva prospekti 18 nömrəli evdə baş vermiş yanğın nəticəsində iki otaqlı mənzilin bir hissəsi əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğınsöndürənlər mənzildə 1962-ci il təvəllüdlü Yasəmən Quliyevanın meyitini aşkar etmişlər. Evin sahibi və yanğının başvermə səbəbi müəyyənləşdirilir.
Nəsimi rayon prokurorluğu hadisə ilə bağlı təhqiqat aparır.