Harris seçki kampaniyasına Trampdan üç dəfə çox pul xərcləyir
Bakı, 23 sentyabr, AZƏRTAC
Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib.
ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Seçkilərdə Demokratlar partiyasını ölkənin hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar partiyasını isə sabiq dövlət başçısı Donald Tramp təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]