Hektor Pindard: Qvineyada gənclər müstəmləkəçiliyin təsiri altındadırlar
Bakı, 20 oktyabr, AZƏRTAC
Qvineyada gənclər müstəmləkəçiliyin təsiri altındadırlar. İlk növbədə, bu, onların təhsilinə təsir edir. Bizdə Avropa və fransız təhsili tədris olunur, onların mədəniyyəti öyrədilir. Ana dilini öyrənmək baxımından da çətinliklər vardır.
AZƏRTAC xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə hərəkatın siyasi bürosunun üzvü Hektor Pindard deyib.
Gəncləri milli mənsubiyyətlərindən uzaqlaşdırmağa çalışırlar. Onların təhsil səviyyəsi özünüdərk üçün kifayət qədər deyil. Uşaqlar məktəblərdə sona qədər oxumurlar, buna görə də iş tapa bilmirlər. İl ərzində 10 min gənc məktəbdən uzaqlaşır. Məzun olan şəxslər isə layiqli iş tapmaqda çətinlik çəkirlər. İşsiz gənclərin sayı artmaqda davam edir. İş yerlərinə və məktəblərə daha çox diqqət ayırmaq lazımdır”, - deyə Hektor Pindard vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]