Həmyerlimiz Yaponiya Standartlaşdırma Assosiasiyasının eksperti sertifikatına layiq görülüb
Tokio, 29 aprel, AZƏRTAC
Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər Yaponiya Standartlaşdırma Assosiasiyasının (JSA) eksperti sertifikatına layiq görülüb.
Bu barədə alim Xəlil Kələntər AZƏRTAC-a məlumatında deyib. Bildirib ki, JSA-nın standartlaşdırma sahəsində eksperti seçilməsi barədə sertifikat və müşaiyətedici məktub assosiasiya tərəfindən göndərilib. Məktubda qeyd edilib ki, JSA-nın Standartlaşdırma üzrə Ekspertlərin Qeydiyyatı Mərkəzi Xəlil Kələntəri qurumun eksperti kimi qeydiyyata alıb və bu barədə sertifikat və qeydiyyat kartı ona göndərilir.
Qeyd edək ki, JSA Yaponiya Ticarət və Sənaye Nazirliyinin tövsiyəsi ilə 1945-ci il dekabrın 6-da yaradılıb. Hazırda milli standartlaşdırma mərkəzi olan JSA qrupu standartlaşdırma üzrə məsləhətlərdən tutmuş kompleks həllərə kimi standartların hazırlanması və onlardan istifadənin dəstəklənməsi məsələlərini həll edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]