Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyun cədvəli açıqlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında III turun oyun cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, turun matçları iki gündə - noyabrın 25-26-da keçiriləcək.
İlk günün görüşləri “AHF Arena” İdman Kompleksində, növbəti günün qarşılaşmaları isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Qeyd edək ki, iki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı pillələrdə qərarlaşıb. “Gənclər Birliyi”nin aktivində xal yoxdur.
Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatının şərikli lideridir. “Bakı” və “İdman Akademiyası” 2 xalla üçüncü-dördüncü yerləri bölüşdürür. “Azəryol”, “Təhsil” və “Dinamo” hələlik xal qazana bilməyib.
III tur
Kişilər
25 noyabr
12:00. “İdman Akademiyası” - “Azəryol”
14:00. “Bakı” - “Dinamo”
26 noyabr
16:00. “Kür” - “Qarabağ”
Qadınlar
25 noyabr
10:00. “Azəryol” - “İdman Akademiyası”
26 noyabr
14:00. “Kür” - “Bakı”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]