Həndbol üzrə dünya çempionatının ilk iştirakçı komandası Misirə gəlib
Qahirə, 4 yanvar, AZƏRTAC
Yanvarın 13-dən fevralın 1-dək Misir həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 3-də çempionatda iştirak edəcək ilk komanda - Yaponiya yığması Qahirəyə gəlib. Yapon idmançılar sabahdan etibarən COVID-19 pandemiyası şəraitində yüksək təhlükəsizlik tədbirləri görülən Yeni Qahirə idman sarayında məşqlərə başlayacaq və yanvarın 5-də Misir yığması ilə yoldaşlıq görüşü keçirəcəklər.
Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçiriləcək. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]