HƏQİQƏT RZAYEVANIN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin may ayında Azərbaycan Respublikasının xalq artisti, milli opera ifaçılığı sənətinin tanınmış nümayəndəsi Həqiqət Rzayevanın anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri olmuş və milli musiqinin inkişafına töhfələr vermiş Həqiqət Rzayevanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Həqiqət Rzayevanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2007-ci il.