Hərbçilərin 31-ci dünya çempionatında daha bir güləşçimiz qızıl medal qazanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının yunan-Roma növü üzrə keçirilən yarışlarda idmançılarımız güclərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, finala vəsiqə qazanan hər iki təmsilçimiz - Həsən Əliyev (71 kq) və Kamran Məmmədov (66 kq) Rusiya idmançıları ilə qarşılaşıblar. Birinci yer uğrunda görüşdə Həsən Əliyev rəqibi Adam Kuraka qalib gələrək dünya çempionu adına layiq görülüb.
Finaldakı digər idmançımız K.Məmmədov rusiyalı Aleksey Kiyankin ilə qarşılaşıb. Gərgin keçən final görüşündə güləşçimiz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Ölkəmizi 59 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədov isə üçüncü yer uğrunda görüşdə Ukrayna nümayəndəsi Yevgeniy Myaqkiy ilə görüşərək rəqibinə qalib gəlib.
Digər təmsilçimiz Sənan Əlimirzəyev (75 kq) də almaniyalı rəqibi Yuretzko Adam üzərində inamlı qələbə qazanaraq bürünc medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]