Hərbi Akademiyada ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Almaniya Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib.
Mühazirələrdən sonra Hərbi Akademiyada hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.