HƏRBİ HAMİLİK İŞİNƏ DİQQƏT ARTMIŞDIR
Mədəniyyət şöbəsinin müdiri Səfər Ramazanov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, 2004-cü ilin ötən dövrü ərzində də mədəniyyət işçiləri, ayrı-ayrı bədii özfəaliyyət kollektivləri vaxtaşırı, xüsusilə də bayram günlərində rayon ərazisindəki hərbi hissələrdə, sərhəd məntəqələrində olaraq, hərbçilərimizlə maraqlı və yaddaqalan görüşlər keçirmiş, onlara bayram sovqatları vermiş, rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Mədəniyyət işçiləri çağırış yaşlı gənclərin hərbi xidmətə yola salınma mərasimlərinin təşkilində də həmişə yaxından iştirak etmişlər. Hərbi hamilik işinin təşkilində rayon mədəniyyət evinin “Qızılgül”, İncəsənət məktəbinin “Şərq”, Qımır və Əliabad kənd mədəniyyət evlərinin “Arzu” və “Şəbu-hicran” ansamblları xüsusilə fərqlənirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]