İQTİSADİYYAT
Hesablama Palatası Koreya Respublikasının Audit və Təftiş Şurası ilə əməkdaşlığı genişləndirir


Bakı, 23 sentyabr, AZƏRTAC
Hesablama Palatası ilə Koreya Respublikasının Audit və Təftiş Şurası arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ASOSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı) İdarə Heyətinin Koreya Respublikasının Busan şəhərində keçirilən 59-cu toplantısında iştirak edib.
Toplantıda ASOSAI-ın İdarə Heyətinin fəaliyyəti, təşkilatın 2022-2027-ci illər üzrə Strateji İnkişaf Planının icrası və işçi qrupların gördüyü işlər barədə hesabatlar dinlənilib və ASOSAI-ın daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar müzakirə edilib.
Eyni zamanda, Hesablama Palatasının beynəlxalq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində Tailand, Vyetnam və Çin ali audit qurumunun rəhbər heyəti ilə ikitərəfli görüşlər keçirilib.