Həvəskar komandalar arasında 23-cü ölkə birinciliyinin qalibi müəyyənləşib
Bakı, 12 iyul, AZƏRTAC
“Dalğa Arena”da futbol üzrə həvəskar komandalar arasında 23-cü ölkə birinciliyinin final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda Masallının “Ərkivan” və Bakının “Mübariz” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran “Ərkivan” komandası yekunda 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Lokomotiv” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Mübariz” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib.
Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Nadir Əliyev və baş katib Füzuli Nəcəfov təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]