İDMAN
Həvəskar xizək yarışının qalibləri bəlli olub








Bakı, 25 fevral, AZƏRTAC
Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar arasında 3 müxtəlif yaş kateqoriyasında həvəskar xizək yarışı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi uşaqlar arasında qış idman növlərini təbliğ etmək, xizək idmanına marağı artırmaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdır.
İdman tədbirində Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, ABŞ və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi birincilik uğrunda mübarizə aparıb.
Yarışın nəticələri:
Qızlar (6-8 yaş)
1. Rozalia Dubentsova (Azərbaycan)
2. Valeria Volkarezova (Rusiya)
3. Milana Dudcenko (Azərbaycan)
Oğlanlar (6-8 yaş)
1. Mixayıl Filipov (Rusiya)
2. Leonid Kostin (Rusiya)
3. Kiril Burlov (Azərbaycan)
Qızlar a(9-12)
1. Aleksandra Kuskina (Rusiya)
2. Lea Makkenel (Böyük Britaniya)
3. Arina Naqayeva (Rusiya)
Oğlanlar (9-12)
1. Kiril Kostin (Rusiya)
2. Kaan Medetoğlu (Azərbaycan)
3. Aleksandr Dirodniy (Rusiya)
Qızlar (13-17 yaş)
1. Nurel Hacıbəyli (Azərbaycan)
2. Lyudmila Podqornaya (Azərbaycan)
3. Vasilisa Kandrakina (Rusiya)
Oğlanlar (13-17 yaş)
1. Panke Karl-Leo (Almaniya)
2. Amin Şıxov (Azərbaycan)
3. Samuel Povsney (Böyük Britaniya)
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər. O cümlədən müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Bundan öncə Heydər Əliyev Kuboku çərçivəsində keçirilən yarışda müxtəlif yaş kateqoriyasından olan böyüklər arasında həvəskar xizək və snoubord yarışı təşkil edilib.