Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev – Azərbaycanın quruculuq salnaməsi

Heydər Əliyev – Azərbaycanın quruculuq salnaməsi

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizin ən parlaq və şanlı səhifələridir. O, Azərbaycan tarixinə dövlətçiliyimizin xilaskarı, müstəqilliyimizi qoruyub inkişaf etdirən, möhkəmləndirən qüdrətli tarixi şəxsiyyət kimi daxil olub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında göstərildiyi kimi “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir... Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bütünlükdə Azərbaycan xalqına və dövlətçiliyinə həsr etdiyi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçib və bunların hər ikisindən o, bacarıqla istifadə edərək respublikamızın hərtərəfli inkişafını təmin edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “Heydər Əliyev – Azərbaycanın quruculuq salnaməsi” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bu, bir həqiqətdir ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sovet dövründə qazandığı ən böyük nailiyyət həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensialın respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün zəmin yaratmasıdır. Lakin Heydər Əliyev fenomeninin unikallığı ondadır ki, o, öz siyasətini heç vaxt birtərəfli qurmurdu. Ümummilli Liderin gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi.

Hər bir dövlətin qüdrəti onun iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermiş, tərəqqinin və yüksəlişin təməli qoyulmuşdu. Təkcə 1982-ci ilin iki günü ərzində bütünlükdə 1920-ci ildə buraxılan məhsulun həcmi qədər məhsul istehsal olunurdu.

Ümummilli Lider harada olursa-olsun onun ürəyi doğma Vətənin, xalqın nəbzi ilə döyünürdü. 1982-1987-ci illərdə SSRİ-nin siyasi olimpində olduğu zaman Heydər Əliyev bütün varlığı ilə canından əziz bildiyi doğma xalqın mənafeyini daim uca tuturdu. Kremlin yüksək kürsüsündə olduğu vaxt Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə böyük diqqət yetirib, bu sahələrin hərtərəfli inkişafı üçün çalışıb. Heydər Əliyevin siyasi fəaliyyətinin bu dövrü çox zəngindir, xüsusi məna və səciyyə daşıyır. Burada onun mükəmməl dövlət idarəçiliyi bacarığı, peşəkarlığı, analitik düşüncə tərzi, əzmkarlığı, siyasi iradəsi, zəngin təcrübəsi bir daha özünü yüksək səviyyədə təcəssüm etdirib.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) bütövlükdə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Belə ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinin istər deputatı, istərsə də sədri olduğu zaman Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib. Milli dövlətçilik təsisatlarının təşəkkül tapması məhz o dövrə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan diyarında dalğalanması; 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi; 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi; Naxçıvanın çətin mühasirə şəraitində hərtərəfli inkişafını təmin etməsi böyük iradə sahibi, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevə məxsus idi.

1993-cü ilin iyun аyındа Аzərbаycаndа mürəkkəb şərait yаrаnmışdı, hаkimiyyət iflic vəziyyətdə idi. Rеspublikа idаrə оlunmurdu, pаrçаlаnmа və məhvоlmа qаrşısındа idi, siyasi və iqtisadi böhran hökm sürürdü, Azərbaycanı dünya xəritəsindən silib götürmək planları gerçəkləşmək üzrə idi. Azərbaycan öz tarixinin qanlı burulğanı içərisində çabalayırdı, xalqımız olum və ya ölüm dilemması qarşısında idi. Bеlə bir çətin şəraitdə Vətənimizin böyük və qəhrəman oğlu xalqın təkidi və çağırışı ilə Azərbaycana böyük siyasətə qayıdır və onun qayıdışı respublikada cərəyan edən bütün təhlükəli prоsеslərin qаrşısını аlır. Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidməti ondan ibarətdir ki, o, bizim dövlətçiliyimizi xilas etdi, qoruyub möhkəmləndirdi! Dövlətçiliyimizin qorunub saxlanması isə müstəqilliyimizin, azadlığımızın, suverenliyimizin qorunub saxlanması deməkdir! Qurtuluş deməkdir!

Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğruldub. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirib. Ümummilli Lider özünəməxsus müdrikliklə bəyan etmişdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdı .

1993-cü il oktyabrın 10-da təntənəli andiçmə mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev dərin məzmunlu, proqram xarakterli, Azərbaycan Respublikasının inkişaf perspektivlərini özündə ehtiva edən tarixi çıxışında demişdi: “Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq. Mən bir Prezident kimi xalqın qarşısında öz fikrimi açıq bəyan edirəm və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam” .

Həmin dövrdə Аzərbаycаndа həyаtın bir sırа sаhələrində pоzitiv dəyişikliklər, köklü islаhаtlаr аpаrılıb, ictimаi-siyаsi sаbitlik təmin еdilib, dеmоkrаtiyаnın inkişаfı yоlundа mühüm аddımlаr аtılıb. Şərq aləmində ilk dəfə ölüm hökmünün ləğv edilməsi, yeni demokratik təsisatın - Ombudsman institutunun yaradılması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına dair bir sıra vacib tədbirlərin, təhsil, elm sahələrində aparılan mühüm islahatların keçirilməsi Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Milli Ordumuzun fоrmаlаşmаsı, Аzərbаycаnın nizаmlı silаһlı qüvvələrinin yаrаdılmаsı, tоrpаqlаrımızın müdаfiə оlunmаsı ilə bаğlı təхirəsаlınmаz tədbirlərin һəyаtа kеçirilməsi, аtəşkəs, siyasi və diplоmаtik vаsitələrin işə sаlınmаsı və s. məһz һəmin dövrə təsаdüf еdir. Heydər Əliyev hər zaman milli ideologiyanın, milli məfkürənin formalaşmasına böyük diqqət yetirirdi. O qeyd edirdi ki, milli ideologiya, dövlətçilik, milli mənəvi əxlaqi dəyərlər, yəni bizim ana dilimiz, tariximiz, dinimiz, “Qurani-Kərim”imiz, adət-ənənələrimiz, ümümbəşəri dəyərlər - bunlar milli ideologiyanın vacib şaxələridir. Bu da 1995-ci ildə qəbul olunan Konstitusiyada öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-nin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsini qərara aldı.

Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, cahanşümul dövlətçilik və siyasi fəaliyyəti milli maraqlara sədaqətin, güclü dövlətçilik ideyalarının və xalqa bağlılığın bariz nümunəsidir. Dərin biliyə və geniş dünyagörüşünə malik olan bu Lider cəmiyyətin bütün sahələrini əhatə edən strateji qərarlar qəbul edib və onları uğurla həyata keçirib. Xüsusilə enerji siyasətinin düzgün qurulması ölkənin iqtisadi gücünü artırıb, mühüm resursların xalqın rifahına xidmət etməsinə şərait yaradıb.

Hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, Konstitusiyanın qəbulu, islahatların aparılması, müasir ordunun formalaşdırılması onun fəaliyyətinin mühüm nəticələri sırasındadır. Eyni zamanda, milli ideologiyanın gücləndirilməsi, dilin qorunması, mədəni irsin inkişafı və tolerantlıq ənənələrinin təşviqi bu siyasətin ayrılmaz tərkib hissəsi olub.

Akademik İsmayıl Hacıyev “Heydər Əliyev irsinin aktual məsələləri” məqaləsində qeyd edir ki, dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, o, öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Ulu Öndərin gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi... Bu böyük şəxsiyyət yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icrasına başlamışdır.

Ümummilli Lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirib.

Beynəlxalq arenada da nüfuz qazanan Heydər Əliyev Azərbaycanın mövqeyinin möhkəmlənməsi, milli maraqların müdafiəsi və ölkənin dünya siyasətində layiqli yer tutması istiqamətində mühüm rol oynayıb. Regional münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verən bu siyasət uzunmüddətli strateji məqsədlərə xidmət edib.

Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakı amillər təşkil edirdi: 1) Dövlət müstəqilliyi; 2) Demokratiya, siyasi plüralizm, şəffaflıq; 3) Hüququn aliliyi; 4) Sosial ədalət .

Ümummilli Lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Həmin illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı qətiyyətli mübarizəsi xüsusi səciyyə daşıyır. Cinayətkar qüvvələrin dövlət çevrilişi etmək, Vətənimizi parçalamaq, daxili sabitliyi pozmaq, müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin qarşısı alındı. Ölkədə yaranmış sabitlik şəraiti imkan verdi ki, Azərbaycan dövlətinin iqtisadi və hüquqi əsasları formalaşdırılsın. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində ciddi islahatlara start verildi və ölkədə əzmlə dövlət quruculuğu prosesi həyata keçirildi.

Bismаrkın məşһur bir ifаdəsini xatırlamaq yerinə düşərdi: şəхsiyyəti оlmаyаn хаlqın аzаdlıq uğrundа mübаrizəsi аğlаsığmаzdır. Hеydər Əliyеv fеnоmеni şəхsiyyətin, qüdrətin, müdrikliyin və irаdənin sintеzidir. Оnun gücünü bеlə bir cəһət çох аydın göstərir ki, çağdaş Аzərbаycаndа cərəyаn еdən prоsеslər һəmin prоsеslərin mеydаnа gətirdiyi bütün siyаsətçiləri öz təsiri аltınа аldığı һаldа, Hеydər Əliyеv, əksinə, һаdisələrə öz irаdəsini diktə еtmək qüdrətinə mаlik оlаn lidеr kimi özünü təsdiqlədi.

Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə müstəqil Azərbaycan Respublikasının həyatında dönüş mərhələsi başlandı. Azərbaycan Respublikası Prezidenti dövlətimizin xarici siyasət sahəsində fəaliyyət istiqamətlərini belə qiymətləndirirdi: “Azərbaycan Avropa ilə Asiyanın qovuşağındadır, lakin həm Avropa, həm Asiya, həm də Qərb ölkələri ilə, dünyanın bütün ölkələri ilə xoş münasibətlər yaratmağa çalışıram. Əlbəttə, biz bu zaman onu əsas götürürük ki, bu münasibətlər hər hansı digər dövlət tərəfindən Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutmalı, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına xələl gətirməməlidir. Bununla belə Azərbaycan qonşu ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Şimal qonşumuz Rusiya ilə, habelə bizimlə həmsərhəd olan Türkiyə və İranla aramızda normal münasibətlər var. Biz Gürcüstanla normal münasibətlər yaratmışıq, lakin aramızda böyük sərhəd olan Ermənistanla müharibə vəziyyətindəyik” .

Heydər Əliyevin rəhbərliyi ilə Amerika, Avropa, Şərq ölkələri ilə tarazlaşdırılmış xarici siyasət aparılır, onlarla əməkdaşlıq aparmaq istiqamətləri müəyyənləşdirilirdi. Azərbaycan Prezidenti İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatının) Zirvə görüşlərində, MDB-yə daxil olan ölkələrin toplantılarında və başqa yığıncaqlarında Azərbaycanın mövqeyini müdafiə edirdi.

Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, xüsusilə xarici siyasət sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə keçmiş Qarabağ münaqişəsini beynəlxalq problemə çevirmiş oldu. Hər şeydən öncə, Heydər Əliyevin bu sahədə göstərdiyi məqsədyönlü fəaliyyət keçmiş Qarabağ münaqişəsinin təkcə Azərbaycana deyil, Qafqazda dövlətlərarası ictimai-siyasi, iqtisadi, mədəni əlaqələrə vurduğu ciddi zərbəni dünya dövlətlərinə və ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına yönəlmişdi. Bu münaqişə yalnız Heydər Əliyevin səyi nəticəsində beynəlxalq təşkilatlarda, forumlarda müzakirə obyektinə çevrildi. Heydər Əliyev bu münaqişəni Qafqazda, Avrasiyada və Avropada həlli vacib olan mürəkkəb problemlərdən biri kimi dünyaya təqdim edə bilmişdi .

Ən mühüm problem Azərbaycan Prezidentinin ATƏT-in Zirvə görüşlərində (1994-cü il, dekabr Budapeştdə, 1996-cı il, dekabr Lissabonda) Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının Zirvə görüşündə (1999-cu il, noyabr) İKT-in Zirvə görüşündə iki dəfə, EKO-nun Zirvə görüşündə dörd dəfə, Türkdilli ölkələrin dövlət başçılarının beş Zirvə görüşündə, NATO-da üç Zirvə görüşündə gərgin fəaliyyətinin işıqlandırılmasına geniş yer verilir.

Heydər Əliyev Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsini həll etmək məqsədilə 1998-ci ilə kimi 68 ölkənin prezidentləri, dövlət başçıları ilə 485 görüş, ABŞ-nin Prezidenti, xarici işlər naziri ilə 16 dəfə, Rusiyanın Prezidenti və xarici işlər naziri ilə 28 dəfə, Türkiyənin rəhbərlərinin hamısı ilə 78 görüş keçirib. Minsk qrupunun üzvlərini dəfələrlə qəbul edib, onların ikili siyasətinə tənqidlə yanaşıb, Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü yüksək səviyyədə müdafiə edib və ölkədə hərbi quruculuq prosesini əzmlə həyata keçirib.

Müasir dövrdə müstəqil Azərbaycanın mövcudluğu şəraitində ölkədə əzmlə dövlət quruculuğu prosesi həyata keçirilir. Bu gün fəxarət hissi ilə qeyd edirik ki, Heydər Əliyev ocağından bəhrələnən, Heydər Əliyevin nurlu, işıqlı ideyalarını yaşadan, gerçəkləşdirən, qalib edən, onun müdrik siyasi kursunu yüksək səviyyədə həyata keçirən, Azərbaycan dövlətçiliyinin, suverenliyinin möhkəm keşiyində duran, ərazi bütövlüyünü təmin edən, Azərbaycan həqiqətlərini bütün cahana bəyan edən, Şanlı Zəfər tariximizi, Böyük Qayıdışımızı bizə bəxş edən, milli qürurumuzu, milli mənliyimizi qoruyan məğrur liderimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev vardır!

Nə qədər ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ideyaları yaşayırsa, bir o qədər müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, möhkəmlənir, bərqərar olur!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

AzMİU-da tələbələrə narkomaniyanın fəsadları və psixoloji dəstəyin əhəmiyyəti izah olunub

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb

Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır

BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH

Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

İRİA-nın rəhbəri: Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Fərid Osmanov: Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub

“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir

Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar

® “Unibank” məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

AzTU Rumıniya İqtisadi Elmlər Akademiyası ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib