Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev - yalnız bir xalqın, bir dövlətin sərhədlərinə sığmayan nadir tarixi şəxsiyyət

Heydər Əliyev - yalnız bir xalqın, bir dövlətin sərhədlərinə sığmayan nadir tarixi şəxsiyyət

Bakı, 10 dekabr, AZƏRTAC

Tarixdə, xalqın yaddaşında yaşamaq və ehtiramla anılmaq hər siyasətçiyə, hər dövlət xadiminə nəsib olmur. Bu mərtəbəyə yalnız o şəxsiyyətlər yüksələ bilir ki, ömrünü xalqına həsr edir. Onlar üçün xalqın, dövlətin marağı bütün digər maraqların fövqündə dayanır. Dünya xalqlarının tarixində əhəmiyyətli rol oynamış dövlət başçılarının ömür yoluna nəzər yetirsək görərik ki, xilaskarlıq missiyasını uğurla həyata keçirmək hər liderə də nəsib olmur. Çünki bu missiya siyasi liderdən həm də şəxsi fədakarlıq tələb edir. Şəxsi fədakarlığa isə hər siyasətçi, hər dövlət xadimi hazır olmur.

Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Uinston Çörçill dəyərli kəlamlarından birində belə demişdi: “Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Nə sovet imperiyası kimi totalitar quruluşun təqib kampaniyası, nə də xalqımızın təkidli tələbi ilə Bakıya qayıtdıqdan sonra həyatına edilən çoxsaylı sui-qəsd cəhdləri ulu öndər Heydər Əliyevi yolundan döndərə bilmədi. Çünki o, bu yola Azərbaycan naminə çıxmışdı və dövlət müstəqilliyimizin qorunması naminə hər cür fədakarlığa hazır idi. Ulu Öndərin bu fikirləri Vətən sevgisinin və xalqa təmənnasız xidmətin onun üçün hansı sərhədlərlə ölçüldüyünü tam şəkildə ifadə edir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”

Xalqımız öz Xilaskarının bu cür mənəvi dəyərlər seçiminə əmin olduğu üçün, torpaqlarımızın işğal edildiyi, milli qürurumuzun sınağa çəkildiyi, dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz və qardaş qırğınına sürükləndiyimiz o ağır günlərdə ümidini yalnız Heydər Əliyevə bağlayırdı. Azərbaycan xalqı inanırdı ki, düşdüyü acınacaqlı vəziyyətdən onu yalnız Heydər Əliyev kimi müdrik dövlət xadimi çıxara bilər. Xalqımız öz liderinə güvəndiyi qədər, Ulu Öndər də gücünü məhz xalqdan alırdı. Heydər Əliyevin hətta bədxahları və siyasi qısqancları belə, o zaman xalq-öndər birliyinin qarşısında aciz qalmışdı və bu möhtəşəm birliyin gücü ilə hesablaşmağa məcbur idi. Heydər Əliyev hansı ağır mirasla üzləşdiyini və çiyinlərinə hansı ağır yükü götürdüyünü 1993-cü ilin Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində bu cür ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.

“Böyük filosof Jan Jak Russo məşhur kəlamlarından birində belə deyirdi: “Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib”. Ulu Öndərin şəxsi fədakarlığına və zəngin dövlət idarəçiliyi təcrübəsinə söykənən xilaskarlıq missiyası dövlət müstəqilliyimizi tarixdə ikinci dəfə məhv olmaqdan, xalqımızı isə qardaş qanı axıtmağın ağır mənəvi yükündən xilas etdi. Heydər Əliyev məhz belə misilsiz xidmətlərinə görə tarixdə və xalqımızın yaddaşında əbədi yaşayacaq. Ulu Öndərin yüksək intellekti, bənzərsiz idarəçilik təcrübəsi və siyasi xarizması dünyanın ən nüfuzlu siyasi liderlərini və ictimai fikir daşıyıcılarını Heydər Əliyev fenomeni ilə hesablaşmağa sövq edirdi. Bu fikir onların xatirələrində açıq şəkildə etiraf olunur. Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit Ulu Öndərin tarixi şəxsiyyət kimi miqyasını belə ifadə etmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. ABŞ-ın sabiq Prezidenti Corc Buş isə Ulu Öndərimiz haqqında belə demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. Fransanın sabiq Prezidenti Jak Şirakın Heydər Əliyev haqqında söylədiyi fikirlər isə xüsusilə diqqət çəkir: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də Ulu Öndərin şəxsiyyətinə böyük ehtiramla yanaşdığını xüsusi vurğulayırdı: “Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”.

Ulu Öndərimiz haqqında bu cür dəyərli xatirələrin kifayət qədər geniş olduğunu vurğulayan deputat deyib: “Onlar da öz növbəsində bir daha təsdiq edir ki, Heydər Əliyev yalnız bir xalqın, yalnız bir dövlətin sərhədlərinə sığmayan nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndərimizi tarixdə əbədi yaşadacaq ən böyük əsəri isə memarı olduğu müasir Azərbaycandır. O Azərbaycan ki, artıq dünyada Prezident İlham Əliyevin liderliyi ilə haqqını bərpa etməyə qadir olan qalib dövlət kimi tanınır və sayılır. Eynilə Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında söylədiyi kimi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Ülvi Quliyev diqqətə çatdırıb ki, Ulu Öndərin ən sədaqətli əqidədaşı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbirindəki çıxışında müasir Azərbaycanın bütün uğurlarının, o cümlədən tarixi Zəfərinin təməlində məhz Heydər Əliyev siyasi irsinin dayandığını bir daha xüsusi qeyd etdi: “Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm... Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.

Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasının xalqımızı məhz bugünkü, fəxr etdiyimiz qalib Azərbaycana qovuşduracağına əmin olduğu üçün belə deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH