HEYDƏR ƏLİYEV ADINA PROSPEKTİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də Gürcüstan paytaxtının mərkəzində Heydər Əliyev
adına prospektin təntənəli açılış mərasimi olmuşdur.
adına prospektin təntənəli açılış mərasimi olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili mərasimdə iştirak edirdilər.
Mərasimə toplaşan, əllərində Azərbaycanın və Gürcüstanın dövlət bayraqları, prezidentləri salamlayan şüarlar olan minlərlə sakin dövlət başçılarını hərarətlə qarşıladı.
Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili üzərində gürcü və ingilis dillərində “Heydər Əliyev prospekti” sözləri yazılan xatirə lövhəsinin üzərindən ağ örtüyü götürdülər.
Kür çayının sağ sahilində yerləşən prospektin uzunluğu 3,7
kilometrdir. Hündürlüyü 4 metr olan xatirə lövhəsində göstərilir ki, buradan Bakıya olan məsafə 556 kilometr, Ankaraya isə 1441 kilometrdir.
kilometrdir. Hündürlüyü 4 metr olan xatirə lövhəsində göstərilir ki, buradan Bakıya olan məsafə 556 kilometr, Ankaraya isə 1441 kilometrdir.İncəsənət ustaları Azərbaycan xalq mahnılarını ifa etdilər.
Sonra prezidentlər İlham Əliyev və Mixail Saakaşvili Tbilisi sakinlərinə yaxınlaşıb onlarla səmimi görüşdülər.