“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçiriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 26-da Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yeniyetmə oğlanlar və qızların mübarizə aparacağı cüdo yarışı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Birincilikdə 30-dan çox komandanın iştirakı nəzərdə tutulub.
Yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik ruhunun təbliğidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]