MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzində Vyana Kamera Orkestrinin konserti olacaq
Bakı, 1 may, AZƏRTAC
İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədovdur.
Vyana Kamera Orkestrinin konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir.
Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [20:54]
Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 27.06.2024 [18:12]
Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq
- 27.06.2024 [15:45]
“Azərbaycançılıq məfkurəsi” kitabı işıq üzü görüb
- 27.06.2024 [15:42]
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 27.06.2024 [14:15]
Fərat çayı boyunca Şərqi Anadolu - REPORTAJ
- 27.06.2024 [12:00]