HEYDƏR ƏLİYEV PARKINDA YENİDƏNQURMA İŞLƏRİ GÖRÜLMÜŞDÜR
Sabirabadda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma işləri görülmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun əmək kollektivlərinin təşəbbüsü ilə qısa müddətdə burada 70 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmişdir. 2 min kvadratmetrlik əraziyə dekorativ tavalar düzülmüş, uşaq əyləncə mərkəzi genişləndirilmiş, yeni idman qurğuları quraşdırılmış, işıqlandırma vasitələri təzələnmişdir.