Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev şəxsiyyətinin təntənəsi - qurtuluşdan qurtuluşa

Heydər Əliyev şəxsiyyətinin təntənəsi - qurtuluşdan qurtuluşa

Ankara, 14 iyun, AZƏRTAC

Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var: Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır və onun müəyyən etdiyi ideoloji xətt müasir dövlətimizin parlaq gələcəyinin təminatçısıdır.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yaranıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bəhs etdiyimiz qurtuluş mövzusunda fikir və mülahizələrimizi davam etmək üçün daha bir həqiqəti ifadə etməliyik Milli Qurtuluş Gününün əsası çox-çox əvvəl Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində olduğu dövrdən qoyulub. Məhz bu həqiqətə və məntiqi mülahizələrə əsaslanaraq mühakimələrimizi davam etdirmək niyyətindəyik. Əslində, bütün parametrlərinə görə, bu dövrün başlanğıcını 1967-ci ildən hesab etməyimiz daha düzgün olardı. Ən azı ona görə ki, ulu öndər Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunduğu vaxtda ermənilər Dağlıq Qarabağ bölgəsində separatçı fəaliyyətlərini genişləndirmişdilər. Yəni 1987-ci ilin sonlarında ermənilərin baş qaldıran əsasız iddiaları bundan iyirmi il əvvəl də ortaya çıxmışdı. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi bu barədə Azərbaycan rəhbərliyinə təqdim etdiyi məxfi arayışlardan birinə diqqət edək: “Son vaxtlar ayrı-ayrı təşkilatlarda xidməti silah və sursatın itməsi halları müşahidə olunur...Nəticədə 1968-ci ilin iyul ayında Sarkisyan tərəfindən Bakıdan Xankəndinə daşınan partlayıcı maddədən cəmi 2520 ədəd olmaqla 3 qutu itmişdir”. Dövrünün siyasi şəraitinə qanunlarına uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən edən Heydər Əliyev qısa bir zamanda Dağlıq Qarabağdakı separatizm fəaliyyətlərinə son qoydu. Ermənistanın millətçi-təxribatçı qüvvələrin Dağlıq Qarabağın ictimai-siyasi həyatına təsir imkanları minimuma endirildi. Nəhayət, Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi baş tutdu. Əlbəttə, bundan əvvəlki funksiyasının qapalılığı səbəbindən geniş ictimaiyyət Heydər Əliyevi o qədər də yaxından tanıya bilməzdi. Lakin siyasi dairələr, dövlət elitası, elmi-mədəni ictimaiyyət və s. mühüm təbəqələr Heydər Əliyev şəxsiyyətinin gücünə müəyyən mənada bələd idilər. O, dövrdə respublika rəhbərliyindəki siyasi çəkişmələr, sosial-iqtisadi inkişaf konsepsiyasının olmaması, Moskva ilə uzlaşmaların zəifliyi ölkədə bir sıra problemlər yaratmışdır. Azərbaycan bütün göstəricilərinə görə, keçmiş SSRİ məkanında geridə qalan tərəflər sırasında yer alırdı. “Hər kəs üçün məşğulluğun təmin edilməsi” prinsipi ilə ölkənin siyasi idarəetməsinə yeni nəfəs gətirən Heydər Əliyev qısa zaman kəsiyində elm və təhsil, kənd təsərrüfatı, neft və kimya, sənaye, şəhərsalma, gənclər və idman kimi mühüm sahələrdə canlanma yaratdı. Hər biri yeraltı saray qədər möhtəşəm olan metro stansiyalarının bir-birinin ardınca istifadəyə verilməsi paytaxt Bakının genişlənməsi üçün stimul oldu. Çayçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük sahələrinin inkişafı ölkədə yeyinti sənayesinin yeni təməli üçün bazaya çevrildi. Azərbaycan qanunvericiliyində əsalı dəyişikliklər aparıldı, Azərbaycan dili konstitusiya əsasında dövlət dili elan edildi. Mədəniyyətin bütün sahələri üzrə dinamik inkişaf başladı. Elm və mədəniyyət sahələrinin aparıcı simalarına ali dövlət mükafatlarının təqdim edilməsi bu sahələrdə sağlam bir rəqabət yaratdı. Çox qısa zamanda Azərbaycanın adı sovet sərhədlərindən uzaqlarda eşidilməyə başladı. Bütün sahələr üzrə qabaqcıllığı ələ keçirən Azərbaycan ölkə xaricindəki soydaşlarımız üçün cəlbedici Vətənə çevrildi. Yuxarıda sadaladığımız fəaliyyət istiqamətləri təsdiq edir ki, Heydər Əliyev şəxsiyyəti qurub yaratmaq, daim yeniliklər etmək, siyasi şəraitə uyğun şəkildə xalqına xidmət etmək, ölkəsinin və millətinin inkişaf yolunu müəyyənləşdirmək iqtidarında olan əvəzsiz bir liderdir. Ulu Öndərimizin liderlik xüsusiyyətlərində ən mühüm cəhət uzaq hədəfləri dəqiq müəyyən etmək və ona çatmaq üçün strategiya müəyyənləşdirmək olub. Ölkədə aparılan çoxistiqamətli təhsil siyasəti nəticəsində keçmiş SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrində, eləcə də hərbi məktəblərdə ali təhsil almağa göndərilən azərbaycanlı gənclər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründən xalqımıza miras qalan milli sərvət kimi zamanında pöhrələyib bəhrə verməyə başladı.

...1987-ci ilin sonlarından başlayaraq erməni millətçi dairələrinə Azərbaycana qarşı səsləndirilən əsasız ərazi iddiası həmin dövr üçün siyasi sensasiya yaradacaq bir təsirdə oldu. Üstündən 33 il keçən bir dövrdə baş verənləri təhlil edərkən ortaya heç kəsin inkar edə bilməyəcəyi həqiqət çıxır: Liderlik Allahın şəxsiyyətə bəxş etdiyi lütfdür. Liderlər elə lider olaraq doğulur və zamanında öz sözünü deyərək qalibiyyət qazanır!

Dünya ermənilərinin, o cümlədən təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları ortaya çıxanda xalqımız bir nəfər kimi öz sözünü dedi və qətiyyətli etiraz mövqeyi nümayiş etdirdi. Lakin Ermənistan SSR-də məskunlaşan 300 minə yaxın soydaşımız öz ata-baba yurdundan qanunsuz deportasiya edildi. Soydaşlarımızın bu deportasiyasını yaradan yeganə səbəb budur: hər bir azərbaycanlının mövqeyi dəyişməz qalırdı - Dağlıq Qarabağ Azərbaycandan ayrıla bilməz! Belə bir şəraitdə məhz 1987-ci ilin sonlarından başlayaraq ardıcıl olaraq qarşılaşdığımız məğlubiyyətlərin də səbəbi məhz lidersizlik oldu. Yalnız və yalnız bu boşluq sayəsində 1988-1993-cü illərdə Azərbaycan dövlətçilik ənənələrinə sarsıdıcı zərbələr vuruldu, ölkə iqtisadiyyatı böhran həddinə sürükləndi, respublikanın müdafiə konsepsiyası yaradılmadı, anarxiya və xaos siyasi hakimiyyəti zəbt etdi.

Qeyd etdiyimiz kimi 1967-ci ildən başlayaraq sonrakı dövrlər üçün əsaslı inkişaf stimulları yaradan Ulu Öndər siyasi hakimiyyətinin birinci dövründə daha fundamental işlərə imza atmışdı. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçmiş SSRİ-nin digər müttəfiq ölkələrində yaşayan bütün sahələr üzrə kadrlar, o cümlədən ordu zabitləri vətənin dar günündə Azərbaycana dönməyə başladılar. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində həmin kadrlardan düzgün istifadə edilməməsi təəssüf doğuran başqa bir mövzudur. Müasir Azərbaycanın dövlətçilik tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsi həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi millətimizin şərəf və ləyaqətini tərənnüm edir. O dövrdə özünün siyasi lider hesab edənlərin əsl siması yanvar hadisələri zamanı ortaya çıxdı. Bu acı həqiqət xalqın mübarizə əzminə arxadan zərbə idi. Lakin ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bu hadisə Sovet imperiyasına sarsıdıcı zərbə təsiri bağışladı, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı proseslərə cəlb etdi. Ən əsası odur ki, Azərbaycan xalqının sönmüş ümidlərində qığılcım yarandı. O, dövrdə heç kəs deyə bilməzdi ki, cəmi bir il sonra Ulu Öndər, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməklə sovet imperiyasının dayaq nöqtələrinə sarsıdıcı zərbə vuracaq. Ulu Öndərimiz 1991-ci ildə Naxçıvanda əhalinin tələbi ilə siyasi hakimiyyətə gələndən sonra isə Azərbaycanın qurtuluşu üçün mənəvi-psixoloji zəmin formalaşdırdı. Bu Azərbaycan Xalq Cümhuriyyətindən yadigar olan dövlət atributlarımızın qəbul olunması və Azərbaycan hakimiyyətinə edilən tövsiyələrlə bağlı idisə, digər bir mühüm hissəsi isə Naxçıvanın işğal təhlükəsində qurtarması ilə bağlı idi. Heydər Əliyevin Naxçıvana dönüşü yerli əhalidə yaşamaq və öz yurdunu qorumaq üçün mübarizə aparmaq əzmini zirvələrə qaldırdı. Azərbaycan əhalisi ölkənin nicatının Heydər Əliyevdə olduğunu açıq-aydın ifadə etməyə başladı. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi dünyanın nəzərini Naxçıvana çevirdi. Ulu Öndərimizin siyasi fəaliyyətinin çoxşaxəliliyi və dəqiq strategiyası Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il yanvarın 19-da Süleyman Dəmirəlin tapşırığı ilə Naxçıvana gəlmiş nümayəndə heyətini, aprelin 1-də ATƏT-in nümayəndə heyətini, mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə Rusiya vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli nümayəndəliyinin rəhbəri Horold Fomstoku, elə həmin gün Fransanın fövqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir. Bu görüşlərin hər birində bir tərəfdən blokadada olan Naxçıvana humanitar yardım məsələləri müzakirə edilir, digər tərəfdən Ermənistanın təcavüzkarlığı ifşa edilirdi.

Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı muxtar respublikada tamamilə başqa bir ab-hava yaratdı. Əhalinin mübarizə əzmi artdı, gələcəyə ümid yarandı, insanlarda yaşamaq və doğma torpağı müdafiə etmək qüdrəti yüksəldi, əhali nikbinləşdi. Ulu Öndərimizin siyasi hakimiyyətinin Naxçıvan erasını Prezident İlham Əliyevin ifadəsi ilə xatırlamaq çox əhəmiyyətlidir:”...Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Keçmiş SSRİ-nin süqutu və müstəqilliyimizin bərpası illərində Azərbaycanda baş verən ictimai-siyasi, sosial-iqtisadi və hərbi prosesləri bir neçə mərhələyə bölə bilərik. Həmin dövrdə dəfələrlə siyasi hakimiyyət dəyişikliyinə məruz qalan ölkədə baş verənlər keçmiş ittifaq rəhbərliyinin məlum düşmənçilik ssenariləri üzərində davam edirdi. AXC-Müsavat hakimiyyəti illərində bu proseslər daha təhlükəli məcraya çatdı. Ümidsizlik, inamsızlıq, nikbinliyin itməsi ən qüdrətli ordunu belə məğlubiyyətə aparan təhlükələrdir. Həmin dövrdə qeyd etdiyimiz təhlükənin əsas istiqamətləri də məhz bu amillər üzərində yarandı. Orta əsrlərin görkəmli dövlət xadimi Nizamülmülkün məşhur “Siyasətnamə” əsərindəki bir məqama diqqət edək: “...Hər dəfə göydən bəla yağdıqda, dövlətə bədnəzər baxdıqda hökumət dəyişər, hakimiyyət əldən-ələ keçər, fitnə qalxar, qarmaqarışıqlıq düşər, bədxah qılınclar öz qınından çıxarılar. Bu qarmaqarışıqlıqda adlı-sanlı adamlar sıxışdırılar, müfsidlər iş başına keçib qudurar, istədiklərini edərlər. Düz adamların işi çətinləşər, vəziyyətləri ağırlaşar. Alçaq adamlar əmirliyə yüksələrlər, nəciblər məhrum qalarlar. Heç bir alçaq öz üzərinə vəzir, şah adını götürməkdən boyun qaçırmaz”. Sonda qeyd edilən məqamla AXC-Müsavat hakimiyyətinin Azərbaycanda yaratdığı həyat gerçəkliyinin acı görüntüsünün tam şəkildə əksidir.

15 İyunun - Milli Qurtuluş Günü barədə danışarkən “Biz nədən qurtulmuşuq” sualı ətrafında qısa bir şərhimiz var: Azərbaycan ümidsizlikdən, inamsızlıqdan, səbirsizlikdən qurtuldu. Azərbaycan adlı dövlətin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi aradan qaldırıldı.

Nəhayət, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft və inkişaf strategiyası qüdrətli Azərbaycan dövlətinin bu gününü və gələcəyini müəyyən etdi. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. kimi beynəlxalq əhəmiyyətli iqtisadi layihələr ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, dövlətçilik ənənələrinin, siyasi rəhbərliyin etibarlılığının qorunması prinsiplərinin ortaya çıxardığı nailiyyətlərdir.

Yekunda qeyd etmək istərdik ki, yeni növ koronavirus (COVID-19) pandemiyası 2020-ci ildə dünya dövlətləri üçün sınaq perimetrinə çevrildi. Təkcə ölkələrin idarəetmə imkanları deyil, humanizm prinsiplərində yanaşma tərzi də üzə çıxdı. Cəmi 33 il əvvəl başqa ölkələrin və beynəlxalq təşkilatların yardımına möhtac olan Azərbaycan bu prosesdən alnıaçıq çıxa bildi. On beş ölkəyə COVID-19 infeksiyası ilə bağlı humanitar yardım göstərildi. Məlum epidemiyaya qarşı mübarizədə istifadə etmək üçün zəruri olan məhsulların istehsal müəssisələri, həmçinin mobil xəstəxanalar quruldu. Bütün bunlar Heydər Əliyev şəxsiyyətinin təntənəsi hesab olunan davamlı nailiyyətlərdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib