Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV SEYRƏHGAHI CƏLİLABADLILARIN SEVİMLİ İSTİRAHƏT YERİ OLACAQ

AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev aprelin 9-da Cəlilabad şəhərində Heydər Əliyev seyrəngahının tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər haqqında məlumat verildi. Bildirildi ki, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 6 min metr əsas, 5,5 min metr məhəllədaxili su xətləri çəkilmişdir. Privolnoye kəndinin su təchizatının yaxşılaşdırılması üçün 3 min metr su xətti təzələnmişdir. Cəlilabad şəhərində yeni kanalizasiya sisteminin tikintisinə başlanılıb və 6 min metrdən artıq xətt çəkilmişdir.
Rayonda yeni tibb müəssisəsinin, Göytəpə şəhərində mədəniyyət evinin, Cəlilabad şəhərində doğum evinin, İdman kompleksinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlillər və şəhid ailələri üçün də yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Cəlilabadda 16 mənzilli yaşayış binası istifadəyə verilmişdir. 7 nömrəli şəhər orta məktəbi üçün 1100 şagird yerlik binanın tikintisi davam etdirilir.
Cəlilabadlıların sevimli istirahət yeri olacaq Heydər Əliyev seyrəngahında, ulu öndərin adını daşıyacaq muzeyin tikintisində işlər başa çatır. Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulmuş, 1,5 kilometrlik məsafədə nəqliyyatın ikitərəfli hərəkəti təmin edilmiş, 19,4 min kvadratmetr asfalt döşənmişdir. 12 min kvadratmetr ərazidə çəmənliklər salınmış, suvarma məqsədi ilə üç artezian quyusu qazılmış və çənlər qoyulmuşdur. Rayonda taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. 2006-cı ildə 125 min 625 ton taxıl (2005-ci ildəkindən 2 min 621 ton çox) istehsal olunmuş, hər hektardan 26,1 sentner məhsul götürülmüşdür.
Fiziki və hüquqi şəxslər tərəfindən 729 hektar sahədə üzüm bağları salınmışdır. Damazlıq quşçuluq təsərrüfatının və broyler fabrikinin fəaliyyətinin bərpası üçün də işlər gedir. Hazırda fabrikin dörd sexi bərpa edilmiş və 200 ton quş əti istehsal olunmuşdur.
Sonra dövlətimizin başçısı rayon ağsaqqalları ilə görüşdü.
Cəlilabad rayon təhsil şöbəsinin müdiri ƏDALƏT ƏSGƏROV Prezidentə müraciətlə dedi: Cənab Prezident, icazə verin öz adımdan, ağsaqqallar adından, rayon ictimaiyyəti adından, rəhbərlik adından Sizə minnətdarlıq edim. Qədəmləriniz mübarək olsun. Siz bu gün bizi şərəfləndirdiniz, bizə ilham verdiniz. Xoş gəlmisiniz ulu öndərimizin yadigarı. İlham müəllim, Siz Cəlilabadı həmişə yaşatmısınız. Ulu öndərimiz də rayonumuzu yaşatmışdır. Cəlilabad 40 ildir ulu öndərimizin qoyduğu yol ilə gedir, Allah qoysa, hələ 40 il bundan sonra da inkişaf yolu ilə gedəcəkdir. Biz Sizə çox minnətdarıq ona görə ki, bu gün bir daha Cəlilabada gəlməklə bizə yeni ruh verdiniz. Bu gün Sizin qarşınıza çıxarmağa az-çox işimiz var. Yadınızdadırsa, Heydər Əliyev adına məktəbin açılışına gələndə buranın vəziyyəti barədə məndən soruşmuşdunuz. Onda xəcalət çəkirdim, indi görün, necə dəyişibdir. Fikirləşirdim ki, cənab Prezident buranı məndən niyə soruşur.
İLHAM ƏLİYEV: O, 2004-cü il idi.
ƏDALƏT ƏSGƏROV: Bəli, layihəni Siz o vaxt vermişdiniz. İndi bura tanınmır. Səhər-səhər işə gələndə hər kəs rayonda yenilik görür. İnsanlarda böyük həvəs var, inciyirlər, deyirlər ki, bəs bizi niyə işlətmirsiniz? Hər kəs istəyir ki, işləməklə iz qoysun. Biz ulu öndərimizin layiqli davamçısı İlham Əliyevi ona görə çox istəyirik ki, rəhmətlik Heydər Əliyev Cəlilabadı çox sevirdi. Ulu öndərimizi Azərbaycanın hər yerində çox sevirlər, ancaq Cəlilabadda hamıdan çox sevirlər. Bu sözü Sizə tam səmimiyyətlə deyirəm. O vaxt ümummilli liderimiz Cəlilabada 3 dəfə səfər etmişdi və rayonumuza hər gəlişində burada bir iz qoyurdu. Allah Sizin ömrünüzü uzun, canınızı da sağ eləsin. Çünki Siz rəhmətlik Heydər Əliyevin ideyalarını uğurla davam etdirirsiniz. Allah Sizi bizlərə çox görməsin.
Cənab Prezident, Sizdən bir xahişim var ki, bu obyektlərin açılışında iştirak edəsiniz.
İLHAM ƏLİYEV: Mən mütləq gələcəyəm. O illəri çox yaxşı xatırlayıram, ulu öndər həmişə Cəlilabada gələndə, mən də onunla gəlirdim. Burada dəfələrlə olmuşam, bu yerləri çox yaxşı xatırlayıram və mənim üçün çox əzizdir. Ona görə 2004-cü ildə sizdən soruşdum ki, bu yer nə vəziyyətdədir. Sizin sözünüzdən bildim ki, o qədər də yaxşı vəziyyətdə deyil. O vaxt fikrimə gəldi ki, biz mütləq burada böyük yenidənqurma işləri aparaq. 1970-80-ci illərdə Heydər Əliyev Cəlilabadı, demək olar ki, inkişaf etdirdi, burada üzüm bağları salındı, çox işlər görüldü, insanlar yaxşı pul qazandılar, ev tikdilər, maşın aldılar. İndi biz Cəlilabada yeni həyat veririk.
Artıq müasir səviyyəyə uyğun şəkildə, yəni dünya səviyyəsində. Dünyanın istənilən ölkəsinə gedib baxmaq olar, amma bu gözəlliyi orada görmək mümkün deyildir. Hər yer abadlaşır, hər yer gözəlləşir. Mən indi avtovağzalın binasına baxdım. Müasir gözəl binadır, orada gözəl xidmət göstəriləcəkdir. Bu yerlər abadlaşır, insanların rahatlığı, istirahəti üçün park olacaqdır. Bunlar Cəlilabadın ümumi inkişafının dinamikasını göstərir. Bizim də məqsədimiz odur ki, insanlar rahat yaşasınlar. Gözəl binalar, istirahət, dincəlmək üçün yaxşı yer olsun, iş yerləri olsun, məktəb tikilsin. Sizin çox gözəl məktəbiniz var. Mənim yadımdadır, o vaxt açılışında oldum.
ƏDALƏT ƏSGƏROV: Cənab Prezident, ondan da gözəl məktəbimiz olacaq və Siz açılışına gələcəksiniz.
İLHAM ƏLİYEV: İndi ondan da gözəl məktəb tikilir, şəkilləri görmüşəm, buradan sonra gedib baxacağam. Yəni bütün bunları biz edirik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Maaşlar, pensiyalar artırılır, bu, öz yerində, amma belə gözəl məişət, istirahət yerləri də olmalıdır. Xüsusilə ağsaqqallar üçün, onlar böyük zəhmət çəkiblər, Azərbaycanın inkişafında çox fəal iştirak ediblər. Bu gün də iştirak edirlər və onların fəaliyyəti gənc nəsil üçün böyük örnəkdir. Onlar üçün, cavanlar üçün də gözəl istirahət yeri olmalıdır.
Mən bu yerin ilkin planını görəndə oraya bəzi düzəlişlər etdim. Yəni bilirəm ki, burada nələr olacaqdır. Çünki bu yerin planını özüm təsdiq etmişəm və şəkildəkindən də gözəl olmalıdır. Şəkildə çox gözəldir, həyatda da ondan gözəl olmalıdır. Ona görə bu işlər tezliklə başa çatacaq və mən də bundan sonra buraya dəfələrlə gələcəyəm.
ƏDALƏT ƏSGƏROV: Cənab Prezident, ümummilli liderimiz gənclərə çox böyük qayğı göstərirdi. Çox şadıq ki, o xətti Siz ləyaqətlə davam etdirirsiniz. Təyin etdiyiniz kadrlar Sizin iş sürətinizlə işləyirlər.
İLHAM ƏLİYEV: Onlar mənim tələblərimi bilirlər və təyin edəndə deyirəm ki, get düz işlə, insanlara qulluq et, qur, yarat, rayonu gözəlləşdir. Çalış ki, insanlara maksimum dərəcədə kömək ol. Yəni, mənim iş prinsiplərim belədir.
ƏDALƏT ƏSGƏROV: Sizin bir kəlamınız var: “Azərbaycan Heydər Əliyevin şah əsəridir”. Allah buna görə də ona rəhmət eləsin.
VƏDUD MƏMMƏDOV (rayon ağsaqqalı): Ümummilli liderimiz Heydər Əliyevin çox sevdiyi və rəğbət bəslədiyi Cəlilabad torpağına xoş gəlmisiniz! Qədəmləriniz mübarək, gəlişiniz uğurlu olsun!
Hörmətli Prezident, biz Sizin istər xarici, istərsə də regionlara bütün səfərlərinizi diqqətlə izləyirik. Xarici səfərləriniz dövlətlər arasında ünsiyyət, mehribançılıq, əməkdaşlıq yaradır və buna sevinirik. Respublikanın regionlarında olanda əhali Sizə, Siz əhaliyə yaxınlaşırsınız, xalq Sizi sevir, camaatın Sizə rəğbəti artır, Sizin camaata rəğbətiniz artır. Hamı ürəyində istilik hiss edir, qəlblərə işıq, nur çökür. Bilir ki, qayğıkeşi, problemlərə diqqətlə yanaşanı var. Bizim rayona da xoş gəlmisiniz. Biz çox sevinirik, neçə illərdir Sizinlə görüşməyi gözləyirik.
İLHAM ƏLİYEV: İllər yox, mən 2004-cü ildə gəlmişdim. Ondan əvvəl 2003-cü ildə Prezident seçkilərində də gəlmişdim. İndi də gəlmişəm, bundan sonra da gələcəyəm.
HİDAYƏT BABAYEV (rayon ağsaqqalı): Qədəmləriniz nurlu olsun, bu gəlişinizlə üç bayram bir yerə düşür. Sizin səfəriniz, yazın gəlişi və burada bu cür abadlığın aparılması. Buna kim şad olmaz ki?! Bütün cəlilabadlılar sevinirlər. Ümummilli liderimiz Heydər Əliyev həmişə cəlilabadlıları sevib, cəlilabadlılar da onu sevirdi və sevirlər. Həqiqətən də belədir. Bizə həmişə qayğı göstəribdir. Onun bir sözü vardı ki, Cəlilabad ictimaiyyətinə, Cəlilabad əhalisinə mənim az xidmətim olmamışdır. Bu, həqiqətən də belədir. Heydər Əliyevin fəaliyyəti həm də Cəlilabadla bağlı idi. Heydər Əliyevin və onun ailəsinin cəlilabadlıların qəlbində məhəbbəti elə həkk olunub ki, atalar demişkən, “südlə girib, sümüklə bərkiyibdir”. Heç bir qüvvə, heç bir təsir onu bizim qəlbimizdən çıxara bilməz.
Cənab Prezident, Sizin və xanımınızın ingilis dilində çıxışlarınız bizi həddindən çox sevindirir. Bütün arzularınız çin olsun, torpaqlarımız azad edilsin. Ölkəmizin iqtisadi cəhətdən daha da sürətlə inkişaf etməsi, əhalinin rifah halının yüksəlməsi - ürəyinizdəki bütün bu arzular çin olsun.
İLHAM ƏLİYEV: Mənim bir arzum var ki, Azərbaycan möhkəm olsun, güclü olsun.
SƏNAN DÖVLƏTOV (rayon ağsaqqalı): Sizin bütün xarici səfərlərinizi izləyirik, çıxışlarınızı diqqətlə dinləyirik. Sizin daxili və xarici siyasətinizi bəyənirik. Çünki Siz xalqın qayğısına qalırsınız. Cəlilabad əhalisi Sizinlədir və Sizi sevir, fəxr edir. Siz bizim fəxri vətəndaşımızsınız.
RƏŞİD ƏSGƏROV (rayon ağsaqqalı): Cənab Prezident, Cəlilabad rayonunda 1971-ci ildə ulu öndər Heydər Əliyevlə görüşdə mən də iştirak etmişəm. O, həmin vaxt rayon partiya komitəsinin binasına daxil olmadı, bağa getdi, əlini ağaca qoyub söykəndi və bütün camaat başına toplaşdı.
Orada camaatla söhbət etdi. Söhbətin əsas mövzusu rayonda üzümçülüyün inkişaf etdirilməsi idi. Həqiqətən də, o, bu məsələni ətraflı öyrəndi, müəyyən vaxtdan sonra Cəlilabad rayonunda 31 min hektar üzüm bağları salındı və üzüm istehsalı 265 min tona çatdı. Ancaq onun bir nigarançılığı var idi. Mən bunu həmişə demişəm, bundan sonra da deyəcəyəm. O nigarançılıq bu idi ki, Azərbaycan nə vaxt müstəqil olacaq və ona nə vaxt rəhbərlik edəcəkdir. Allaha şükür ki, ona da nail oldu. İndi Siz onu əvəz edirsiniz. Bu, böyük işdir. Sizin planlarınız var, qəzetdən oxuyuram. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı şəhərlərdə yox, daha çox kəndlərdə həyata keçirilir. Görülən işlərin hamısı onun nəticəsidir. Azərbaycan xalqı nə qədər əziyyət çəkibsə, onun səfasını görməlidir və indi görür. İndi həmin məqamdır və ulu öndərin istəklərini həyata keçirdiyiniz üçün Sizə çox sağ olun deyirik.
İLHAM ƏLİYEV: 1969-70-ci illərdə Azərbaycan bütün sovet respublikaları arasında ən geridə qalanlardan idi. Ulu öndər 1969-cu ildə hakimiyyətə gəldi və Azərbaycan 1982-83-cü illərdə birinci yerə çıxdı. Təkcə iqtisadi göstəricilərə görə deyil, həm də insanların həyat səviyyəsi yaxşılaşdı, xüsusilə kəndlərdə. O, nədən başladı? Rayonların inkişafından. Ondan sonra, 1990-cı illərin əvvəllərində Azərbaycan çox çətin vəziyyətə düşdü, faktik olaraq, ölkəmiz dağılırdı, bizim müstəqilliyimiz də şübhə altında idi. İqtisadi tənəzzül, hərbi-siyasi böhran ölkəni, faktik olaraq, parçalayırdı və Azərbaycan dünya xəritəsindən silinə bilərdi. Yenə ulu öndər 1990-cı illərin əvvəllərində hakimiyyətə gəldi, ən çətin vəziyyətdə olan Azərbaycanı gətirib dünyanın ən sürətli inkişaf edən ölkəsi səviyyəsinə çıxardı. Bu gün biz taleyimizi özümüz həll edirik. Neftimiz Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Büdcəmiz 1 milyard dollardan 6,5 milyard dollara qalxdı. May ayında hələ yenə düzəliş edəcəyik və əlavə vəsait ayrılacaqdır.
RƏŞİD ƏSGƏROV: İqtisadi artım 34,5 faiz olmuşdur.
İLHAM ƏLİYEV: Bəli, siz bunları yaxşı bilirsiniz. Bu artım heç bir başqa ölkədə yoxdur. Özü də bir il deyil, ardıcıl olaraq ikinci və üçüncü ildir ki, dünyada lider ölkəyik. Biz bütün abadlıq işlərini bunun hesabına görürük. Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bunun heç birini edə bilməzdik. Məhz bunun hesabına indi Azərbaycan dirçəldi, bizdə güc var, maddi imkanlar var, siyasi iradə var, xalqın dəstəyi var. Bizim bütün ölkələrlə münasibətlərimiz qarşılıqlı hörmət əsasındadır. Biz heç kimin qarşısında gözükölgəli deyilik.
Biz bölgədə, bütün işlərdə təşəbbüskar oluruq. Daxili sabitlik, xarici siyasət, iqtisadi islahatlar, insanların həyat səviyyəsinin yaxşılaşması, məktəb, xəstəxana, idman komplekslərinin tikintisi, abadlıq işləri, parkların, xiyabanların salınması - Azərbaycanın bugünkü reallıqları budur. Mən rayonların abadlaşdığını, gözəlləşdiyini görəndə çox şad oluram.
Bakıda oturub çox gözəl qərarlar vermək olar. Əgər onlar yerlərdə icra olunmursa, heç bir əhəmiyyəti yoxdur. Ona görə kadrlara, - siz dediniz, bu, xüsusi məhəbbətin əlamətidir, - tapşırıq vermişəm ki, qısa müddət ərzində gözəl işlər görəcəklər.
X X X
Prezident İlham Əliyev ağsaqqallarla xatirə şəkli çəkdirdikdən sonra tikinti işləri ilə də tanış oldu. Məlumat verildi ki, seyrəngahda süni göl də yaradılacaq, şəhərə xüsusi yarışıq verəcək yeni mehmanxana tikiləcək, sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılacaqdır. Bütün işlər təxminən üç ay ərzində başa çatdırılacaqdır.
Dövlətimizin başçısı işlərin nəzərdə tutulan vaxtda keyfiyyətlə başa çatdırılmasının zəruriliyini bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO