“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ”
Tərtər Rayon Gənclər və İdman İdarəsi pedaqoji kollecdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirmişdir.
Dəyirmi masa iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Dəyirmi masada çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Şahlar Qurbanov demişdir ki, dünya şöhrətli siyasətçi, xalqımızın xilaskar oğlu Heydər Əliyev həmişə gənclərə böyük diqqət və qayğı göstərmiş, onları ölkəmizin aparıcı qüvvəsi hesab etmişdir. Hazırda bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azəbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2007-ci ilin Gənclər ili elan edilməsi bunun parlaq təzahürüdür.
Dəyirmi masada çıxış edən gənclər ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan söhbət açmış, ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]