HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT İŞÇİLƏRİNİN QƏLBİNDƏ DAİM YAŞAYACAQDIR
Komitənin sədri Cəmilə Səttarova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Heydər Əliyev öz fitri istedadı, xilaskarlıq missiyası ilə əvəzsiz və dahi bir şəxsiyyət olaraq Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır. Bu böyük insan özünün yorulmaz fəaliyyəti, uzaqgörənliyi, müdrik siyasəti ilə ölkəmizi iqtisadi inkişaf yoluna gətirib çıxarmış, dövlətimizin müstəqilliyini möhkəmləndirərək onu bütün dünyaya tanıtmışdır.
Mədəniyyətimizin inkişaf etdirilməsində, mədəni və mənəvi irsimizin qorunub saxlanmasında xalqımız Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Biz, mədəniyyət və incəsənət işçiləri böyük qayğıkeşimizi və dostumuzu itirdik. Amma bir təsəllimiz var ki, Prezidentimiz İlham Əliyev bu dahi insanın siyasi xəttini uğurla davam etdirəcək, onun tövsiyələrini layiqincə yerinə yetirəcəkdir.
Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]