Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda

Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanın xilaskarı Heydər Əliyev öz bənzərsiz obrazını özü yaratmışdı. İstər heykəltaraşlar, istər rəssamlar, istərsə də bəstəkarlar Heydər Əliyev obrazını əbədiləşdirməyi özlərinə borc biliblər. Bu sıraya şair və yazıçıları da aid edə bilərik. Şairlər Heydər Əliyevin obrazını yaratmaq üçün xeyli sayda poema yazıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bu əsərlərin hamısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yazılsa da, müxtəlif zaman kəsiklərinə mənsubdur. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Elman Həbib Ulu Öndər Heydər Əliyevlə bağlı “Həqiqət günəşi”, “Heydərnamə” və “Naxçıvannamə” kimi əsərləri yazmağa başlamışdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin ilk illərindən onun özünəməxsus obrazının yaradıldığı poemalar xüsusilə diqqət çəkir. 1994-cü ildə Fəridə Ləmanın “Onu zaman seçib” və Abdulla Qurbaninin “Millətin oyaq gecəsi” poemalarının yazılması göstərir ki, bu əvəzedilməz şəxsiyyətin obrazının yaradılmasına hələ onun sağlığında başlanılıb. “Onu zaman seçib” poeması Ulu Öndərə həsr edilmiş, bəstəkarı Cövdət Hacıyev olan 8-ci simfoniyanın şeir mətnidir.

Poemaların əksəriyyətində Heydər Əliyevə məxsus bir sıra özəlliklər təkrarlanıb. Onun hakimiyyətinin birinci dönəmindəki fədakarlığı, 20 Yanvar faciəsinə operativ münasibəti, Azərbaycanı xaosdan xilas etməsi, Atatürklə müqayisəsi kimi oxşarlıqlar bir neçə poemada gözə çarpır. Bununla belə, Heydər Əliyevin vəfatından doğan kədəri ifadə edən əsərlər bir-birini təkrarlamır, eyni kədər müxtəlif üsullarla ifadə olunur. Bu kədərin ən böyük yükü Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının üzərinə düşür.

Heydər Əliyevin dünyaya gəlişi, uşaqlıq və gənclik illərinin tərənnümü bir neçə poemada təfsilatı ilə canlandırılıb. Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasında onun 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Ramiz Məmmədzadənin “Zirvə” poemasında isə Heydər Əliyevin “bir günəşli may günü”ndə dünyaya gəlməsi, “pedməktəb” illəri, Şahbuz kənd məktəbində cavan müəllim işləməsi, Leninqradda oxuyub vətəninə dönməsi, general rütbəsinə qədər yüksəlməsi, “bir qaynar yay günü” Azərbaycana rəhbər seçilməsi kimi ömründən anlar ibrətamiz yönləri ilə təqdim edilir. Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poemasında da Heydər Əliyevin uşaqlıq illəri, Naxçıvanda doğulması və qeyri-adi bir insan kimi həyata atılması böyük sevgi ilə oxucuya çatdırılır.

Ulu Öndərin şəxsi həyatının millət üçün töhfə olması poemalarda müraciət edilən əsas mövzulardandır. Zəlimxan Yaqubun “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci” - kimi misralarında bu eşqin böyüklüyü vəsf olunub. Ramiz Məmmədzadənin “Zirvə” poemasının epiloqunda Fəxri xiyabanın təsvirində Zərifə xanımla Heydər Əliyevin ucalıq rəmzi kimi xalqın tarixinə düşməsindən söz açılır.

Poemaların əksəriyyətində onun hakimiyyətinin hər iki dövrünə aid epizodlara rast gəlinir. Zəlimxan Yaqub Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsini “14 iyul - on dörd illik rəhbərliyin özül daşı” - sətirlərində təqdim edir. “Türk oğlu türk Kremldə rəhbər oldu!” - fikirlərindən sonra onun Moskvadakı işi və ona qarşı törədilən təxribatları bədiiləşdirir. Eyni mövzu Fikrət Qocanın “Kommunist imperiyasının olimpinə ucaldı” - sətirlərində də verilir və Heydər Əliyevin bir müsəlman, bir türk kimi uğurlu fəaliyyətindən söz açılır. Fəridə Ləmanın “Onu zaman seçib” poemasının əvvəlindən Heydər Əliyevin ötən əsrin 70-ci illərindən ölkəmizə müdrik bir xilaskar olaraq göndərildiyi qeyd edilir. Bu missiya Elxan Zalın “Anıt məzar” poemasında daha əhatəli təqdim olunur. Poemada Heydər Əliyevin hələ sovetlər dönəmindən ölkəsini müstəqilliyə hazırlaması xüsusilə qabardılır. Sabir Mustafanın “Qayıdış” poemasında onun hələ yetmişinci illərdəki quruculuq işlərinə nəzər salınmaqla yanaşı, doxsan üçüncü ildən sonra rəhbərliyə qayıdışı və həmin zamanlar ölkənin durumu canlandırılır. Fikrət Qoca isə imperiya çökən zaman Heydər Əliyevin bir səhər çağı Naxçıvana qayıdaraq xalqının imdadına çatmağına da ədəbi fon verir.

Ümumiyyətlə, Heydər Əliyevin obrazı yaradılarkən onun 20 Yanvar faciəsinə etirazı özəl olaraq qabardılır. Sabir Mustafa astarı üzə çıxan kommunistlərin 20 Yanvar qırğınını törətməsinə, Ramiz Məmmədzadə isə bu qırğında onun Moskvada qəzəblə səsini dalğalandırmasına xüsusi həssaslıqla yanaşır. Elxan Zal 20 Yanvar hadisəsinin başvermə səbəb və nəticələrinə belə şərh verir: “Bəlkə də, o Qanlı Yanvar gecəsi Bakı küçələrində törədilən vəhşilik Qorbaçovun Heydər Əliyevə olan nifrətindən qaynaqlanırdı, onun xalqını qırmaqla ona göz dağı vermək istəyirdi. Bu, adi nifrət deyildi, bu, liliputun Qulliverə olan nifrəti idi”. Bənzətmə bədii mükəmməlliyi ilə birgə, tarixi doğruluğu ilə də mükəmməldir. Fəridə Ləmanın isə poemasının birinci hissəsi 20 Yanvara, ikinci hissəsi vaxtilə ermənilər tərəfindən işğal olunmuş torpaqlara həsr olunub.

Vurğulamaq lazımdır ki, Heydər Əliyevin obrazı yaradılarkən onun ikinci dəfə hakimiyyətə gəldiyi dönəmlərdə ölkənin durumu da təsvir olunur. Sabir Mustafanın “Qayıdış” poemasında Göyçə, İrəvan, Dərbənd, Borçalı, Xudafərin kimi dərdlərə Qarabağ dərdinin əlavə olunduğu, ermənilərin tarixi Azərbaycan torpaqlarında türksüz Ermənistan qurmağa can atdıqları bir zamanda xalqın öz inandığı oğlunu rəhbərliyə çağırmağı, bununla da düşmənlərin planlarının məhv edilməsi alqışa layiq hal kimi təqdir edilir. Həmin məsələdə Zəlimxan Yaqubun mövqeyi də ədalətlidir. O, Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə Heydər Əliyevin öz xalqının yanında olmağını gerçəkliklərin ifadəsi kimi əks etdirir.

Heydər Əliyevin obrazı yaradılarkən tarixə üz tutulması, onun tarixi şəxsiyyətlərlə müqayisə edilməsi də diqqətdən qaçmayıb. Elxan Zalın poemasında Səfəvilər dövlətinin qurulmağının və apardığı mübarizələrin özünəməxsus izahları verilib, qızılbaşların tarixinə və mahiyyətinə nüfuz edilib, habelə Heydər adının Şah İsmayılın atasının adı olduğu vurğulanıb. Sabir Mustafa isə Şah İsmayılı xatırlamaqla onun çağdaş dövrümüzdəki davamçısı Heydər Əliyevin qayıdışından sonra ölkədə yaranan stabil vəziyyətdən söz açır.

Şah İsmayıl Xətai ilə yanaşı, Atatürklə Heydər Əliyevin bənzərliyi də əksər poemalarda qeyd olunub.

Müstəqillik dövrü Azərbaycan poemalarında Heydər Əliyevin həyatının bütün mərhələlərinə istinad edilib. Bu poemalarda, Ulu Öndərin layiqli davamçısından da söz açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub