Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEVİN SİYASİ PORTRETİNİN CİZGİLƏRİ

Ramiz MEHDİYEV,

fəlsəfə elmləri doktoru, professor.

Heydər Əliyevin siyasi və mənəvi irsinə hər dəfə müraciət edəndə, bu irsdə Azərbaycan xalqının mənəvi-əxlaqi həyatının necə dərin problemlərinin öz əksini tapdığının şahidi olursan. Bu məqalədə həmin çoxsaylı problemlərdən yalnız biri – Azərbaycan dili ilə bağlı problem üzərində dayanmaq istərdik. Hamıya məlumdur ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılmış konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, çıxışları, müsahibələri yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirmişdir ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir.

Ümumfəlsəfi problem olaraq, dil fenomenini bir çox dahi mütəfəkkirlər açmağa çalışmışlar. Dünyada dilin ən müxtəlif tərifləri mövcuddur. Fəlsəfə əsərlərində ona çoxlu müxtəlif təriflər verilir. Onların hamısı belə bir faktı bu və ya digər dərəcədə əks etdirir ki, dilin funksiyaları olduqca çoxdur. Bu gün biz süni, formalizə edilmiş dillər, metadillər barədə nə qədər mühakimələr yürütsək də, bir məsələ şəksizdir: insanın bütün mənəvi həyatı, hər halda, öz əksini sözdə tapır. İnsan ruhunun dildən kənarda hər hansı təzahürləri, - musiqi, rəssamlıq, heykəltəraşlıq, - dildə özünüifadənin zəruriliyi ilə bu və ya digər şəkildə qarşılaşır. Filosoflar, sosioloqlar, psixoloqlar hələ uzun illər diskussiyalar aparacaq və mübahisə edəcək, yeni nəzəriyyələr yaradacaq və artıq təşəkkül tapmış konsepsiyalardan imtina edərək, dilin bütün bəşəriyyət üçün və ayrılıqda hər bir xalq üçün nə demək olduğunu anlamağa çalışacaqlar. Lakin bu, indi bəhs etdiyimiz məsələnin mövzusu olmasa da, bir fikri – xalqın milli ruhu ilə onun doğma dili arasında qırılmaz əlaqə olmasını məhz bu kontekstdə nəzərə çarpdırmaq və qabartmaq istərdik. “Xalqın dili onun ruhudur, xalqın ruhu isə onun dilidir” kəlamı kimi hikmətli ifadələr dilin mövcudluğunun və inkişafının sirlərinə nüfuz etmək üçün göstərilən məhz bu cür cəhdlər nəticəsində yaranmışdır. Mənəviyyatla dilin əlaqəsi barədə sadə bir həqiqət bu aforizmdə son dərəcə dəqiq ifadə edilmişdir.

Heydər Əliyev epoxası bütünlüklə yüksəliş epoxasıdır. İqtisadiyyatdan tutmuş, mədəniyyətədək müxtəlif sahələrdə yüksəliş epoxasıdır. Əlbəttə ki, dil mənəviyyatın məhz bu yüksəlişini özündə əks etdirməyə bilməzdi. Həm də unudulmamalıdır ki, Azərbaycan dili inkişaf üçün kifayət qədər əlverişsiz şəraitdə olduğu bir vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət etmişdir. Hamıya məlumdur ki, dil ona qarşı zorakılığa dözmür, bu və ya digər dilin işlədilmə sahəsini məhdudlaşdırmaq istəyindən irəli gələn hər hansı siyasi kataklizmlərə son dərəcə həssaslıqla reaksiya verir.

Azərbaycan xalqı bir çox geosiyasi səbəblərə görə mürəkkəb tarixi proseslərin qovuşuğunda qalaraq, müxtəlif etnosların, mədəniyyətlərin və konfessiyaların qarşılıqlı təsiri və qarşılıqlı zənginləşməsi şəraitində özünün bütün çoxəsrlik tarixi ərzində dilə son dərəcə qayğıkeş münasibət əxz etmişdir. Bir çox hallarda o, nisbi bilinqvizm – ikidillilik şəraitində mövcud olmuşdur, buna baxmayaraq, xalq ən ağır və qarmaqarışıq zamanlarda Azərbaycan dilinin yaşaya və inkişaf edə bilməsinə həmişə xüsusi məsuliyyət hissi ilə yanaşmışdır. Heydər Əliyev əsrlərin və minilliklərin qovuşuğunda baş vermiş bu tarixi proseslərə qiymət verərək, ilk növbədə, tarixi kataklizmlər dövrlərində Azərbaycan dilinin yox olmamasına, əksinə, inkişaf etməsinə və zənginləşməsinə görə əvvəlki nəsillərə hamımızın bəslədiyi minnətdarlıq və iftixar hissindən danışırdı. Bu zaman o, həm adlarını bilmədiyimiz və dilə müqəddəs varlıq kimi, milli sərvət kimi yanaşmış minlərlə azərbaycanlını, həm də bu dili öz yaradıcılığı ilə zənginləşdirən ədəbiyyat və mədəniyyət xadimlərini nəzərdə tuturdu.

Sovet ideologiyası çərçivəsində bu ideologiyanın qızğın məddahları milli dillərə yeni tarixi birliyin – vahid rusdilli sovet xalqının formalaşması və təşəkkülü yolunda ancaq əngəl kimi baxırdılar.

Biz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi ilə bağlı fədakarcasına fəaliyyətinə məhz belə mürəkkəb tarixi şərait prizmasından yanaşmalıyıq.

Mübaliğəsiz demək olar ki, XX əsrin son qərinəsi ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi, dövlət dilinə, rəsmi sənədlər dilinə çevrilməsi, gündəlik həyatda, praktikada işlənilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası səviyyəsinə çıxması və özünə hörmət qazanması – bütün bunlar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsidir. O, Azərbaycan dilinin inkişafı üçün, bu dilin insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsası olması, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım gəldiyini gözəl bilir və duyurdu.

Etiraf etməliyik ki, dilimizin bugünkü səviyyəsi Heydər Əliyevin apardığı son dərəcə dəqiq, uzaqgörən dil siyasətinin - Azərbaycan xalqı və Azərbaycan dövləti üçün taleyüklü siyasətin nəticəsidir.

1960-cı illərin axırlarından respublikaya rəhbərliyə başlayan Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizə, mənəvi meyarlarımıza dərindən bələdliyi sayəsində uzunmüddətli siyasət – milli dilin inkişafına və tətbiqinə təkan vermiş siyasət hazırlamış və bütün əngəllərə baxmayaraq, onu dönmədən həyata keçirmişdir.

Ötən əsrin 20-ci illərindən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğu dövrü də daxil olmaqla, milli dövlətçiliyimizin tarixində ana dili ilə bağlı məsələlərə Heydər Əliyev qədər dərindən maraq göstərən, bu məsələləri daim diqqət mərkəzində saxlayan ikinci bir dövlət başçısı olmayıbdır. Onun görkəmli dövlət xadimi Nəriman Nərimanovun fəaliyyətinə verdiyi qiymət də məhz Azərbaycan dilinə münasibət prizmasından formalaşmışdır. Sovet ideologiyası üçün son dərəcə sirli şəxsiyyət olmuş Nəriman Nərimanova millətçi damğası vurulduğu dövrdə Heydər Əliyev onun fəaliyyətinə müraciət etmiş və Azərbaycan dilindən respublikada daha geniş istifadə edilməsi üçün Nərimanovun atdığı addımların mahiyyətini başa düşməyə çalışmışdır. Lakin tarixi reallıqlar elə idi ki, Nərimanov dil siyasəti sahəsində az-çox nəzərəçarpacaq uğurlara nail ola bilməmişdir. Sonralar Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Nərimanovun qarşılaşdığı çətinliklər o dərəcədə qlobal idi ki, onları aradan qaldırmaq mümkün deyildi. O, Nərimanovun uğursuzluğunun səbəblərini sadalayaraq göstərirdi ki, əvvəla, xalqın milli özünüdərki kifayət qədər yüksək deyildi, ikincisi isə, Moskva rus dilini bütün sovet respublikalarında dövlət dilinə çevirmək xətti yeridərək, SSRİ-nin tərkibinə daxil olan milli qurumlarla zorakılıq və məcburiyyət dilində danışırdı.

Əslində, bu, tariximizin sovet dövründə İttifaq tərkibindəki respublika kimi, Azərbaycanın malik olduğu məhdud səlahiyyətlər çərçivəsində Azərbaycan dilinə yeni status vermək üçün göstərilmiş ilk cəhd idi. Bir tərəfdən, qeyd etmək lazımdır ki, Bakıda türkoloji qurultay keçirilməsi, Azərbaycanın türkdilli ölkələr arasında birinci olaraq latın qrafikasına tarixi keçidi dil siyasəti sahəsində çox böyük irəliləyiş olmuşdur. Lakin bundan dərhal sonra həmin xəttdən fəlakətli surətdə uzaqlaşma baş verdi və sonrakı onilliklərdə Azərbaycan dili, xüsusən əlifbamız bir sıra dağıdıcı eksperimentlər obyektinə çevrildi. Azərbaycan dilini ünsiyyət və dövlət idarəçiliyi sahəsindən sıxışdırıb çıxarmaq üçün sovet dövlətinin yüksək dairələrində və respublika daxilində xeyli əməli tədbirlər görülürdü.

1950-ci illərin ortalarında İosif Stalinin vəfatı və Nikita Xruşşovun elan etdiyi “siyasi mülayimləşmə” ilə əlaqədar, Azərbaycan dilinin hüquqlarını özünə qaytarmaq üçün bir sıra cəhdlər göstərildi. Ancaq tələskənlik və problemə səthi yanaşma üzündən bu cəhdlər nəinki siyasi nəticələr vermədi, əksinə, dilimizin statusunun həlli məsələsində əlavə əngəllər yaratdı.

Beləliklə, Azərbaycan cəmiyyətində onillərlə yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlərlə yanaşı, Azərbaycan dilinin dövlət dili statusu alması məsələsi də yalnız ötən əsrin 60-cı illərinin sonlarında Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra tam kəskinliyi və aktuallığı ilə gündəliyə çıxarıldı.

1906-cı ilin dekabrında “Molla Nəsrəddin” jurnalında ciddi düşüncələr doğuran son dərəcə ibrətamiz karikatura dərc edilmişdi: Azərbaycanlını yerə yıxaraq və “Ay qardaşlar, mən ki, dilsiz xalq olmamışam, bu dilləri ağzıma soxursunuz” – deyə nalə çəkməsinə məhəl qoymayaraq, onun ağzına bir tərəfdən, ərəb, digər tərəfdən, fars, üçüncü tərəfdən isə, rus dilini təpirlər.

Nə qədər kədərli də olsa, real vəziyyət belə idi. 1994-cü ildə böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yubileyi qeyd olunarkən Heydər Əliyev onun “Anamın kitabı” əsərinə müraciət etdi. O, acı təəssüf hissi ilə deyirdi ki, Cəlil Məmmədquluzadənin XX əsrin əvvəlində qaldırdığı problemlər bizi bütün yüzillik ərzində izləmiş və əsrin sonunda da öz aktuallığını itirməmişdir. Ananın üç oğlu var: onların biri Rusiyada, digəri Türkiyədə, üçüncüsü isə İranda təhsil almışdır. Onların hər biri anaya yad olan mədəni-dil mühitinin yetirməsidir. Lakin onlar təkcə anaya deyil, bir-birinə də yaddırlar. Üç doğma qardaş öz aralarında, sözün əsl mənasında, ümumi dil tapa bilmir, odur ki, ana dilinin və doğma dilin xəzinəsi onlar üçün bağlı və gərəksiz olmuşdur.

Heydər Əliyev xüsusi olaraq vurğulayırdı ki, bu ananın hisslərini hər bir azərbaycanlı yaxşı başa düşür. Öz oğullarının doğma dilə belə münasibətini görən ananın keçirdiyi ürək ağrıları Heydər Əliyevə də yaxşı tanış idi. Heydər Əliyev özünün bu çıxışını son dərəcə nikbin ruhda bitirdi, lakin bu nikbinliyə zəmin yaratmaq üçün o, uzun illər ərzində titanik fəaliyyət göstərməli olmuşdu. Kədərli də olsa, bu, real gerçəklik idi.

Bəzi istisnalar olmaqla, ancaq rus dilinin əsas ünsiyyət vasitəsi olduğu dövrün irəli sürdüyü təshihlərlə birlikdə bu məyusedici mənzərə XX yüzilliyin 70-ci illərinədək davam etdi. Yaşlı nəslin yaxşı yadındadır ki, keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycanda da on illər ərzində bilinqvizm – ikidillilik məcburi surətdə tətbiq edilirdi. Dövlət idarələrində isə rus dilindən geniş istifadə edilməsi hər vasitə ilə təşviq olunurdu ki, bu da milli dilin dövlət dili kimi inkişafı yolunda ciddi əngəllər törədirdi.

“Belə olmuşdur, ancaq həmişə belə olmamalıdır”. Keçmiş sovet respublikalarının rəhbərləri arasında birinci olaraq Heydər Əliyev milli məsələdə bu cür qətiyyətli mövqe tutdu. O, Mərkəzdən asılı olan, qapalı sistemdə yaşayan və üstəlik, müsəlman-türk respublikası olan Azərbaycanda milli dil siyasətini çox ölçülüb-biçilmiş və hərtərəfli düşünülmüş surətdə həyata keçirirdi. Heydər Əliyev heç vaxt ötəri imic yaradan tələm-tələsik addımlar atmırdı. Bu keyfiyyət hər bir vətəndaşın, ilk növbədə, yaradıcı ziyalıların nümayəndələrinin həddindən artıq həssaslıq göstərdiyi milli dilə onun münasibətində özünü xüsusilə aydın şəkildə təcəssüm etdirirdi. O, hər bir kəsin diqqətini bu problemə cəlb etməklə onu gündəliyə çxarır və təkcə rəhbərlik səviyyəsində deyil, həm də zəngin tarixə və mədəniyyətə malik olan bütün xalq səviyyəsində həll edirdi.

Ötən əsrin 70-ci illəri dövlətimizin tarixinə iqtisadiyyatın, sənayenin, tikintinin, rabitənin, nəqliyyatın, sosial və mənəvi həyatın, bütün mədəniyyətin sürətli inkişaf illəri kimi daxil olmuşdur. Bu dövr həm də onunla səciyyəvidir ki, ölkədə qanuniləşdirilmiş ikidillilik şəraitində Azərbaycan dili tədricən rus dilinin kölgəsindən çıxmağa başlayaraq, ictimai şüurda və milli dövlətçilik quruculuğunda öz yerini tuturdu. Bu proses təkamül yolu ilə gedirdi və onu dayandırmaq, yaxud geri döndərmək mümkün deyildi. O vaxtadək yalnız nominal olaraq Azərbaycan Respublikasının dövlət dili hesab edilən Azərbaycan dili artıq kağız üzərində deyil, real həyatda özünə layiq yer tutmağa başlamışdı. Şübhəsiz ki, bu, ilk növbədə, milli mənlik şüurunun sürətlə inkişafına kömək edir, milli özünüdərk prosesini tezləşdirirdi.

Ana dilinə münasibətin son dərəcə siyasiləşdirildiyi və bir çox hallarda əsassız siyasi ittihamlar üçün zəmin olduğu illərdə Heydər Əliyev Azərbaycan dilinin məişət dili və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə qaldırılmasına yönəldilmiş fəaliyyəti ilə kifayətlənmir, həm də özünün şəxsi nümunəsi ilə dilimizin nüfuzunu artırır, onun elmi şəkildə öyrənilməsi və geniş yayılması üçün stimullar yaradırdı. Məhz Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 1970-ci illərin əvvəllərindən etibarən Azərbaycan dilindən dövlət əhəmiyyətli tədbirlərdə istifadə edilməyə başlandı. Heydər Əliyev yaradıcılıq təşkilatlarının, xüsusən Yazıçılar İttifaqının qurultaylarında, genişmiqyaslı yubiley tədbirlərində çıxış edərək, Azərbaycan dilində səlis və gözəl danışmaq məharəti nümayiş etdirir, bununla da ziyalılarımızın diqqətini ana dilinin inkişafına yönəldirdi.

Azərbaycan, Milli Elmlər Akademiyasının tərkibində ayrıca Dilçilik İnstitutu olan tək-tük sovet respublikasından biri idi. Heydər Əliyev dilçilik elminə, Azərbaycan dilinin problemlərinin öyrənilməsinə, onun mükəmməl qrammatikasının yaradılmasına, milli terminologiyanın inkişafına xüsusi qayğı göstərirdi. Onun yaxından iştirakı və dəstəyi sayəsində Azərbaycan dilçilərinin bir sıra əsərləri, o cümlədən dördcildlik “Müasir Azərbaycan dili” kitabı respublika Dövlət mükafatına layiq görüldü. Türk dillərinin müqayisəli şəkildə öyrənilməsi üçün məhz Heydər Əliyevin fəal dəstəyi ilə 1970-ci ildə Bakıda mötəbər “Sovetskaya tyurkologiya” ümumittifaq jurnalı təsis olundu. Jurnalı Azərbaycan Elmlər Akademiyası SSRİ Elmlər Akademiyası ilə birlikdə nəşr edirdi. Sovet respublikaları arasında ilk dəfə olaraq, Azərbaycan Dövlət Universitetində türkologiya kafedrası yaradıldı.

Heydər Əliyevin təşəbbüsü və səyləri sayəsində Azərbaycan Yazıçılar İttifaqının qurultayında (1981-ci il) Cənubi Azərbaycan ədəbiyyatı haqqında xüsusi məruzə dinlənildi, Yazıçılar İttifaqının Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibi ştatı yaradıldı, Elmlər Akademiyasında müvafiq şöbə açıldı, ədəbiyyat və mədəniyyətimizin bu ayrılmaz hissəsinin tədqiqi, öyrənilməsi və sistemli şəkildə nəşri sahəsində iş başlandı.

Əlbəttə, respublikalarda milli özünüdərk və inkişaf prosesinin sovet rəhbərliyinin müqaviməti ilə qarşılaşdığı, milli mənlik şuürunun yüksəlişinə kömək edən yeni meyllərin və təşəbbüslərin qarşısının sərt şəkildə alındığı bir şəraitdə bütün bu sadaladıqlarımızın həyata keçirilməsi Heydər Əliyevdən böyük cəsarət, qətiyyət, prinsipiallıq və yenilməzlik tələb edirdi. Lakin Azərbaycanda Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra başlanmış milli-mədəni dirçəliş heç də həmişə müsbət qiymətləndirilmirdi və müəyyən dairələr tərəfindən, xüsusən ittifaq rəhbərliyini Azərbaycanın əleyhinə qaldırmaq, türk azərbaycanlılara qarşı etimadsızlıq və şəkk yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilər tərəfindən əsassız siyasi ittihamlarla, yalan və böhtan kampaniyaları ilə müşayiət olunurdu.

Ana dili məsələsində məhz Heydər Əliyevin tutduğu prinsipial, qətiyyətli mövqe sayəsində və qızğın fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının 1977-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu barədə məşhur 73-cü maddənin daxil edilməsinə nail oldu. Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya qanunu səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə türk-müsəlman respublikası idi.

Şübhəsiz ki, bu uzaqgörən tarixi addım Heydər Əliyevin ana dilinə dövləti münasibətinin və siyasi əzmkarlığının parlaq təzahürü idi. Heydər Əliyevin özü o vaxtı belə xatırlayırdı: “Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışırdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir, 4-cü cild, səh.427).

İndi inamla təsdiq etmək olar ki, Heydər Əliyevin 1970-80-ci illərdə milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi və əslində, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik əldə etməyə hazırladı.

Müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin ilk günlərindən Prezident Heydər Əliyevin, yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq, Azərbaycan dilinə göstərdiyi qayğı və diqqət həm siyasi, həm də əməli baxımdan fərqlənir. Əvvəla, Azərbaycan dilinin, şərtsiz və şəriksiz dövlət dili olması faktı göz qabağındadır. Müstəqillik illəri ölkə Prezidentinin öz ana dilini necə mükəmməl bildiyini və istər çıxışlarında, istərsə də əhali ilə görüşlərində bu dilin imkanlarından necə məharətlə istifadə etdiyini göstərdi. Digər tərəfdən, Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dili dövlətlərarası münasibətlər dili, siyasi dialoqlar və diplomatik danışıqlar dili oldu, onlarca ölkədə səslənərək, hər yerdə dövlət başçısının öz doğma dilinə məhəbbətini əks etdirdi. Nəhayət, müstəqil dövlət quruculuğunun bütün çətinliklərinə və mürəkkəbliyinə baxmayaraq, Heydər Əliyev ana dilinə diqqət və qayğını bir an belə unutmurdu.

1992-ci ildə Azərbaycanda bir çox Konstitusiya və hüquq normaları pozularaq, Azərbaycan dilinin adının dəyişdirilməsi haqqında qərar qəbul edildi. Bununla əlaqədar səsini çıxarmağa və qəti etirazını bildirməyə cürət etmiş Azərbaycan alimlərinin kiçik bir qrupu, sadəcə, həbs olundu və xuliqanlıq edən ünsürlər kimi polis şöbəsinə aparıldı. Əslində, Azərbaycan dilinə qarşı mənəvi vandalizm aktı törədildi. Məktəb dərsliklərinin adları tələm-tələsik dəyişdirilməyə başlandı ki, bu da böyüməkdə olan nəslin şüurunda çox böyük dolaşıqlıq və çaşqınlıq yaradırdı. O vaxt Heydər Əliyev Naxçıvanda öz yaxın silahdaşlarının məhdud dairəsində həmin qərarın qeyri-elmiliyini və siyasi nadanlığını məyusluqla və təəssüflə izah edirdi. Lakin o vaxt həmin düşünülməmiş qərarı qəbul edən şəxslərə hər hansı bir təsir göstərmək imkanı yox idi.

On-on beş adam məsələni bütün Azərbaycan xalqı adından həll etmək ixtiyarını öz əllərinə keçirmişdi. Ancaq xalq öz seçimi ilə Heydər Əliyevə Azərbaycan dövlətində ən yüksək hüquqlar verdikdə də, o, səhvlərin düzəldilməsi üçün birbaşa inzibatçılıq yolu ilə getmədi. Elmi tədqiqat müəssisələrində, ali məktəblərdə, Elmlər Akademiyasında çoxlu müzakirələr aparıldı.

Bu müzakirələrin gedişində sırf elmi dəlillər öncül əhəmiyyət kəsb edirdi. Həmin tədbirlərdə az-çox maraq doğuran hər bir fakt barəsində dövlət başçısının məlumatının olması, alimlərin hər bir fikrinə, - hətta onun öz mövqeyinə uyğun gəlməsə də, - diqqət və qayğı ilə yanaşması adamı heyran edir. O, bir neçə müzakirədə şəxsən iştirak etmişdi. Lakin son sözü deməyi xalqın ixtiyarına buraxdı. Dilin adı yeni Konstitusiyanın layihəsində öz əksini tapdı və referenduma çıxarıldı. Beləliklə, dünyada geniş yayılmış “Azərbaycan dili” anlayışının qanuni haqqı özünə qaytarıldı. Dövlətimizin başçısı haqlı olaraq vurğulamışdı ki, bu qərarın qəbul edilməsi “həm keçmişimizə hörmət, həm də gələcək nəsillər üçün böyük bir sərvətdir. Mən hesab edirəm ki, biz çox düzgün və əsaslı qərar qəbul etmişik” (Yenə orada, səh.476).

Qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində son dərəcə geniş və müsbət əks-səda doğurmuş bu qərarı Prezident avtoritar, inzibati-bürokratik yolla deyil, bilavasitə elmi və inandırıcı dəlil-sübutlarla reallaşdırmışdır. Konstitusiya komissiyasının iclaslarında, Azərbaycan Elmlər Akademiyasında və Prezident sarayında keçirilən müşavirələrdə Heydər Əliyevin Azərbaycan dilinin mənşəyi və qaynaqları, tarixi inkişaf yolları, türk dilləri ailəsində yeri, sovet hakimiyyəti illərində dilimizə qarşı törədilmiş zorakılıqlar və dilimizin müasir inkişaf yolları haqqında söylədiyi və yüksək peşəkarlığı, dərin elmi məzmunu ilə seçilən mülahizələri onun dövlət dilinə məhəbbətinin və qayğısının daha bir təzahürü idi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında millətin özünütəsdiqi üçün çox vacib olan siyasət, onun hələ ötən əsrin 70-ci illərində başladığı siyasət uğurla həyata keçirildi - dilimizə tam dövlət dili statusu verilməsi və dövlət idarəçiliyinin bütün sahələrində fəal istifadə edilməsinin təmin olunması vəzifəsi gerçəkləşdirildi. Azərbaycan dili cəmiyyətdə öz həqiqi yerini tutdu. Bu isə yalnız və yalnız çoxillik ardıcıl, ən başlıcası isə, ölçülüb-biçilmiş və dərindən düşünülmüş dövlət tədbirlərinin görülməsi nəticəsində mümkün olmuşdu.

Biz son illərdə dünyada Heydər Əliyev şəxsiyyətinə böyük marağın olduğunun şahidiyik. Azərbaycanın sabiq Prezidentinin şəxsiyyəti, həyat yolu, dövləti və siyasi fəaliyyəti haqqında müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə kitablar nəşr edilmişdir və edilir, məqalələr dərc olunur. Bunların bir çoxunda əsas diqqət onun tam siyasi portretinin yaradılmasına verilir. Heydər Əliyev dərin zəkalı, ensiklopedik biliyə, son dərəcə geniş dünyagörüşünə malik şəxsiyyət kimi səciyyələndirilir. Tamamilə haqlı olaraq vurğulanır ki, onun genişmiqyaslı fəaliyyətini təkcə siyasi mübarizə ilə məhdudlaşdırmaq olmaz. Onun başlıca keyfiyyəti quruculuq fəaliyyətidir. Heydər Əliyevin heyranedici uzaqgörənliyi, titanik fəaliyyəti sayəsində müasir müstəqil Azərbaycan dövləti yaradılmışdır. O, ölkənin dövlət müstəqilliyinin sarsılmazlığını və dönməzliyini, Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafını təmin etmişdir. Heydər Əliyev Azərbaycanın bu gün də irəlilədiyi yolu açmışdır.

Zəmanəmizin bu dahi ictimai-siyasi xadimi və mütəfəkkirinin zəngin irsi, şübhəsiz, hələ gələcək tədqiqatçılarını gözləyir.

Bu şəxsiyyəti son 30 ildən çox bir zaman ərzində Azərbaycanda və ümumiyyətlə, bütün postsovet məkanında baş vermiş hadisələrdən kənarda təsəvvür etmək mümkün deyildir. Onun Azərbaycanın inkişafındakı müstəsna rolu, dəyərli fikir və mühakimələri gələcəkdə “Heydər Əliyev və Azərbaycan elm və təhsili”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı və mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycanda ictimai-siyasi fikrin inkişaf mərhələləri”, “Heydər Əliyev və azərbaycanlıların milli dirçəlişi” və digər mövzularda dərin tədqiqat əsərlərinin yaranacağına şübhə doğurmur.

Bu baxımdan, zənnimizcə, “Heydər Əliyev və Azərbaycan dili məsələləri” mövzusu daha geniş və çoxsəpkilidir.

Mənə uzun illər ərzində Heydər Əliyev ilə birlikdə, onun rəhbərliyi altında işləmək kimi çox böyük şərəf nəsib olmuşdur. Şəxsi müşahidələrimə və gəldiyim nəticələrə, şahidi olduğum faktlara və hadisələrə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan xalqının bu dahi oğlu ilə bağlı tədqiqatlar aparmaq dərin bilik, yaradıcılıq axtarışları və əsl vətənpərvərlik tələb edir.

Heydər Əliyevin natiqlik istedadı, Azərbaycan dilinin imkanlarından özünə xas olan məharətlə istifadə etməsi, onun şifahi nitqinin kamilliyi və üslub xüsusiyyətləri hətta mütəxəssisləri də heyran edir. Dövlət quruculuğu, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına rəhbərlik sahəsində gərgin və misilsiz fəaliyyəti, beynəlxalq həyatda aktiv iştirakı ilə ümumxalq hörməti və məhəbbəti qazanmış Prezident Heydər Əliyev həm də əvvəlcədən hazırlanmış mətn olmadan ən mürəkkəb, çətin mövzular barədə parlaq çıxışları və nitqləri ilə məşhurdur. Onun natiqlik məharəti, dərin zəkası və möhkəm məntiqi şəkkakların müqavimətini qırır, onları bu və ya digər qərarın düzgünlüyünə inandırırdı.

Bəzi siyasi qruplaşmalar və onların liderləri silah gücünə, xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gələndən sonra hətta həmin qüvvələrin köməyi ilə də hakimiyyətdə qala bilmədikləri halda, Heydər Əliyev öz sözü ilə milyonları səfərbər edir, dəmir məntiqi ilə düşmənləri susmağa vadar edir, natiqlik istedadı, özünün haqlı olduğuna sarsılmaz inamı ilə xalqı Azərbaycanın tərəqqisi naminə sıx birləşdirirdi. Bu baxımdan ikicə misal çəkəcəyəm.

1993-cü ilin iyunu. Respublika dağılır, hakimiyyət tam iflic vəziyyətində idi. Siyasi fəlakət və yalnız formal surətdə hakimiyyətdə olan insanların tam fərsizliyi göz qabağında idi. Belə bir şəraitdə Heydər Əliyev parlamentin sədri seçildi. Onun siyasi düşmənləri və bədxahları cidd-cəhdlə belə bir şayiə yayırdılar ki, onların vəziyyəti sabitləşdirmək üçün əl atmağa məcbur olduqları bu son tədbir də, görünür, uğurla nəticələnməyəcək, çünki sərəncamında bürokratik maşını, idarəetmə mexanizmləri olmayan Heydər Əliyev ölkəni böhrandan çıxara bilməyəcəkdir. Onlar faktları təsbit etməkdə, bəlkə də, haqlı idilər. Heydər Əliyevin şəxsiyyətinin və onun imkanlarının qiymətləndirilməsinə gəldikdə isə, büsbütün yanılırdılar.

Heydər Əliyev qaynar fəaliyyəti ilə yanaşı, təmiz Azərbaycan dilində söylədiyi dərin məzmunlu nitqləri ilə 1993-cü ilin ortalarında, sanki, həlledilməz məsələni həll etdi. Bu, ən yüksək parlamentarizm dərsləri, nadir natiqlik məharəti, bənzərsiz siyasi müdriklik dərsləri idi. Azərbaycan xalqı bir neçə ay ərzində Heydər Əliyevin və onun opponentlərinin parlament iclaslarından televiziya ilə yayımlanan çıxışlarını izlədi. Heydər Əliyevin çıxışları elə bir təsir gücünə malik idi ki, sözə bu gücü onun düzgünlüyündən savayı heç nə verə bilməz.

İkinci misal – 1994-cü ilin oktyabrında onun televiziya ilə xalqa müraciəti. Dövlət çevrilişi cəhdi haqqında xəbəri eşidən on minlərlə insan həmin müraciətdən sonra Prezident sarayının qarşısına toplaşdı, Heydər Əliyevi fəal surətdə dəstəklədi.

Müasir dövrdə siyasi mübarizədə, dövlətin idarə olunmasında dil amilindən Heydər Əliyev qədər məharətlə istifadə edə bilən ikinci bir dövlət başçısının, siyasi xadimin adını çəkmək çətindir. Bu, ilk növbədə, onun ana dilinə, öz xalqının arzu və istəklərinə dərindən bələd olması ilə bağlıdır. O, çıxışlarının birində demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır” (Yenə orada, səh.462). Tam əminliklə deyə bilərik ki, o, özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə təkcə Azərbaycan dövlətinin deyil, həm də Azərbaycan xalqının nüfuzunu yüksəltmişdir.

Heydər Əliyev öz şəxsi nümunəsi ilə Azərbaycan dilini sevməyi, qoruyub saxlamağı öyrədirdi. Neçə illər Azərbaycandan kənarda, rusdilli mühitdə yaşaması və işləməsinə baxmayaraq, o, öz xalqına, dilinə diqqət və qayğısını bir an belə unutmamışdır. Yuxarıda dediyimiz kimi, dil öz varlığına görə xalqa borcludur, lakin ədəbiyyat və mədəniyyətin inkişafı xeyli dərəcədə dövlət başçısı tərəfindən formalaşdırılan münasibətlər sistemindən və mühitdən asılıdır. Bu mənada, Heydər Əliyev hətta ən çətin vəziyyətlərdə də dilin varlığı və inkişafı üçün ən əlverişli şərait yaradılmasına çalışırdı. Müstəqil dövlət şəraitində isə bu fəaliyyət nəinki onun şəxsi nəzarətində idi, həm də hüquqi xarakter və daha geniş miqyas almışdır.

İndi biz Azərbaycan vətəndaşlarının mənəvi birliyinin əsası kimi “azərbaycançılıq” ideologiyasını, cəmiyyətin həyatında, ölkə əhalisinin vətənpərvərlik və Azərbaycana məhəbbət ruhunda tərbiyəsində onun birləşdirici rolunu təbliğ edir, haqqında elmi məqalələr yazırıq. Lakin unutmamalıyıq ki, bu ideologiyanın ideya ilhamçısı və yaradıcısı Heydər Əliyev olmuşdur. 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edənlərdən fərqli olaraq, Heydər Əliyev obyektiv surətdə cəmiyyətin sosial problemlərə və münaqişələrə qiymət verən, cəmiyyətin və dövlətin proqram məqsədlərini əhatə edən ideyalar sisteminə ehtiyacı olduğuna bir an belə şübhə etmirdi. Nə qədər paradoksal olsa da, faktdır ki, SSRİ adlandırılan sovet dövlətinin liderlərindən biri olan Heydər Əliyev daim öz Vətəninin gələcək taleyini düşünmüş, Sovet İttifaqı rəhbərliyinin azərbaycanlılara heç də birmənalı münasibət bəsləmədiyi şəraitdə öz xalqının həyatda qalmasının yollarını və formalarını axtarmışdır. Cənubi Qafqazın tarixinə gözəl bələd olan Heydər Əliyev Azərbaycan xalqının keçmişdə necə ağır sınaqlara məruz qaldığını, xalqının tarixi torpaqlarından çıxarılması üçün nə kimi tədbirlərə və cəhdlərə əl atıldığını yaxşı bilirdi. Heydər Əliyev ötən əsrin 70-ci illərindən etibarən həyatını bütünlüklə öz Vətəninin tam sahibi kimi Azərbaycan xalqının dirçəlişinə həsr etmişdir. Ona görə də əminliklə demək olar ki, bu gün biz bünövrəsi hələ ötən əsrin ikinci yarısında qoyulmuş işlərin bəhrəsini görürük.

Heydər Əliyev “azərbaycançılığı” bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini həll etdi. Bu, onun çox böyük vətəndaş hünəri idi və şübhəsiz, aktual milli vəzifələrin həlli üçün bütün dünya azərbaycanlılarının öz Vətənləri – Azərbaycan ətrafında birləşməsinə töhfəsini verəcəkdir.

Türk yazılı abidələrinin birində millətin, dövlətin mövcudluğunu təmin edən üç əsas şərtdən bəhs olunur: dilin qorunub saxlanması, xalqın qorunub saxlanması və ənənələrin qorunub saxlanması. Heydər Əliyev bu şərtlərə dönmədən sadiq qalmışdır. Onun müdrik siyasəti sayəsində Azərbaycan dili dünyanın siyasi xəritəsində öz layiqli yerini tutan dövlətimizin rəsmi dili olmuş, ölkəmizin müstəqilliyi dönməz xarakter almışdır, xalqımız isə mənəvi irsini göz bəbəyi kimi qoruyur və inkişaf etdirir. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin zəngin irsi XXI əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir və daim belə olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib