Hindistan hərbçiləri Maldiv adalarını tərk etməyə başlayıb
Bakı, 12 mart, AZƏRTAC
Hindistan ordusunun 25 əsgəri Maldiv adalarını tərk edib və bununla da hindistanlı hərbçilərin ada dövlətindən çıxarılmasına start verilib.
AZƏRTAC xəbər verir ki, Edition portalı bu barədə Maldiv ordusunun nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Siinu (Addu) atolunun cənubundakı helikopter meydançasında xidmət edən hindistanlı hərbçilərin hamısı ada respublikasının hakimiyyət orqanlarının elan etdiyi vaxt - martın 10-da ölkəni tərk ediblər. Hindistanın hakimiyyət orqanları bu məlumata hələlik münasibət bildirməyiblər.
Fevralın əvvəlində ikitərəfli qrupun görüşündən sonra əldə edilən razılaşmaya görə, Hindistan hökuməti Maldiv adalarında yerləşən üç aviasiya qrupundan birini martın 10-dək, digər ikisini isə mayın 10-dək ölkədən çıxarmalıdır.
Qeyd edək ki, Çin yönümlü siyasəti ilə tanınan Prezident Məhəmməd Muizzu ötən ilin noyabrında hakimiyyətə gəldikdən sonra Hindistan ordusunun ölkədən çıxarılacağını elan edib. Son vaxtlar iki ölkə arasında münasibətlər soyuqlaşma dövrünü yaşayır. Hazırda arxipelaqda 80-nə yaxın Hindistan əsgəri dislokasiya olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]