Hindistanda buzlağın sürüşməsi nəticəsində azı 9 nəfər həlak olub
Bakı, 7 fevral, AZƏRTAC
Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsindən sonra xilasedicilər ilk cəsədləri tapıblar.
AZƏRTAC News 18 telekanalına istinadla xəbər verir ki, Hindistan-Tibet sərhəd polisi nümayəndəsinin sözlərinə görə, cəsədləri aşkarlanan 9 nəfər Tapovan bəndində tunel tikintisində çalışan işçilərdir. Bütövlükdə burada yüz nəfərə yaxın insan işləyir.
NDTV telekanalının məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. “Rişiqanqa” su elektrik stansiyasında 150-dən çox insanın itkin düşdüyü ehtimal edilir. Xilasetmə əməliyyatlarında 100-dək hərbçi və sərhəd polisinin 250 əməkdaşı iştirak edir. Lazım gələrsə, əraziyə daha 600 xilasedicinin cəlb olunacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]