Hindistanda COVID-19-a yoluxanların sayı 3 milyonu ötüb
Pekin, 23 avqust, AZƏRTAC
Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 69 min 239 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 3 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 3 milyonu ötən üçüncü ölkədir.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxduğu təsdiqlənən 912 nəfər ötən sutka vəfat edib. Bununla, Hindistanda pandemiya qurbanlarının sayı 56 min 706-ya çatıb.
Nazirlik virusa yoluxanların 74 faizinin sağaldığını açıqlayıb. Ardıcıl 5 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 60 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birinci olur.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]