Hindistanda ötən sutka ərzində koronavirusa 37 mindən çox insan yoluxub
Pekin, 21 iyul, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 37 min 148 yoluxma halı qeydə alınıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 155 min 191 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 587 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 28 min 84-ə yüksəlib. Bildirilir ki, yoluxanların 724 min nəfəri sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]