HİNDİSTANDA SƏMƏRƏLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Nümayəndə heyəti Hindistanın maliyyə naziri P.Çidambaram, ticarət və sənaye üzrə dövlət naziri E.V.K.Elanqovan, Ehtiyat Bankının, İdxal-İxrac Bankının, digər maliyyə qurumlarının rəhbərləri ilə görüşmüşdür. Görüşlər zamanı iki ölkə arasında maliyyə sahəsində müzakirə mərhələsində olan saziş layihələrinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan və Hindistanın maliyyə və bank qurumları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilmişdir.
Nümayəndə heyəti ölkəmizin Hindistandakı səfirliyinin təşəbbüsü ilə Nyu-Dehli şəhərində yaradılmış Azərbaycan-Hindistan İnformasiya və Mədəniyyət Fonduna da getmiş, onun fəaliyyəti ilə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]